Əvvəlki məqaləmdə (Marilyn
Monroe makyajının sirləri hissə 1) Marilyn Monroe üz makyajının sirlərini
sizlərlə bölüşdüm. Onun makyajında o qədər detal var idi ki, düşündüm bir
məqaləyə hamısını yazsam, çox uzanar və sıxıcı olar. Bu məqaləmdə Marilyn
Monroe makyajının sirləri hissə 2 kimi onun göz makyajından yazacağam.
Marilyn Monroe makyajının sirləri və göz makyajı
Onun göz makyajı makyaj ustası tərəfindən çox
detallı işlənmişdir və bənd-bənd gedərək, o cür makyajı necə əldə edə bilərik
sizə izah edəcəyəm.
Göz qapaqları
Marilyn Monroe makyajının sirləri deyəndə parlaq
göz qapağı yada düşür. Onun göz qapaqlarında mütləq parlaq ağ rəngdə göz
kölgəsi olurdu. Beləliklə, onun parlaq makyajı ilə parlaq göz kölgəsi harmoniya
təşkil edəcəkdi. Bildirilir ki, o hətta göz qapaqlarına daha parlaq görünməsi
üçün vazelin və ya kokos yağı tətbiq edirdi, lakin çox vurmaq olmaz ki, kölgə
dağılmasın.
Bundan əlavə, gözlərinə dərinlik qatmaq üçün
gözünün açılıb-bağlanan hissəsinə qəhvəyi rəngdə çox yüngül formada kölgə
vururdu.
Layner texnikası
Marilyn Monroe 3 növ layner istifadə edirdi və
bütün laynerləri karandaş idi və bu onun Marilyn Monroe makyajının sirləri
içərisində populyardı. Qəhvəyi rəng layneri kirpiklərinin üstünə (göz qapağının
ortası), qara rəng layneri göz qapağının xaricinə (laynerin quyruğu kimi)
ustası tətbiq edirdi. O gözünün içərisinə içə ağ karandaş vururdu ki, gözləri
daha böyük görünsün.
Ağ üçbucaq
Marilyn Monroe makyajının sirləri üçün bunu deməmək
olmaz. Onun ustası həmişə gözünün xaricinə (laynerin altından) ağ karandaş ilə
üçbucaq çəkirdi. Bununla, gözün daha böyük olduğu illuziyası yaranırdı. Çəkəndə
üçbucağı kiçik çəkin, gözün xarici ucundan yuxarı və aşağı iki xətt çəkin və
daha sonra 1 perpendikulyar xətlə onları birləşdirin.
Kirpik kölgəsi
Sanki kirpiklərinin kölgəsi varmış kimi effekt
yaratmaq üçün, onun ustası qəhvəyi rəngdə göz karandaşını gözünün altına
ortadan başlayar çöldən vurur və kirpik hissə başlayanda aşağıya doğru quyruq
çəkir (sanki tərs göz layneri) vəə beləliklə, sanki, kirpiklərinin kölgəsi
gözünün aşağısına düşür.
Qaşlar
Şəkillərdə də gördüyünüz kimi, Marilyn Monroe iti
yuxarı qaşlara malik olub, bu onun Marilyn Monroe makyajının sirləri
içərisindədir. Yəni, qaşlarınızı darayın və qaşlarınıza da iti forma verin.
Təbii görünüş üçün fırça və karandaşdan istifadə edin.
Kirpiklər
Onun makyaj ustası, saxta kirpikdən istifadə
edirdi, lakin təbii görünüş üçün çalışırdı. O, saxta kirpikləri iki yerə bölüb
kəsir və onları gözün xaricinə doğru yapışdırırdı ki, təbii görünüş əldə etsin.
İndiki zamanda, saxta kirpiklər hər yerdə var və sizdə belə edə bilərsiniz və
ya gözlərinizin xarici tək-tək yapışdıra bilərsiniz.
Maskara (tuş)
Saxta kirpikləri yapıdırdıqdan sonra yüngül
toxunuşlarla maskara vurun, lakin həddi aşmayın, çünki onun makyajında əəsas
ağırlıq dodaqlardadır, gözlərdə yox!
Marilyn Monroe makyajının sirləri içində göz makyajı, onun seksi və yuxulu görünüş yaratması üçün hazırlanıb.Marilyn Monroe makyajının sirləri üçün bu məqalədə göz makyajından yazdım, növbəti məqalə üçün dodaq makyajı olacaq. Ümid edirəm, bəyəndiniz. Faydalı oldusa, məni sosial şəbəkələrdə eyni adla (Aytacla Parla) izləyə və bu məqaləni rəfiqələrinizlə paylaşa bilərsiniz:)
Hiç yorum yok:
Yorum Gönder