Dəriyə qulluq etsəniz də, etməsəniz də, əminəm
ki, bu səhvlərdən birini edirsiniz, çünki mən də hamısını etmişəm :) O vaxt dərim
çox bərbad vəziyyətdə idi və səbəblərini öyrənib düzəlişlər etdikdən sonra indi
ətrafımdakılar dərilərinin mənimki kimi olmağını arzulayır. Sizinlə bu məqaləmdə
dəriyə qulluqda edilən 6 səhv haqqında danışacağam. Beləliklə, siz də bu səhvlərdən
qurtulub dərinizi daha da gözəlləşdirə bilərsiniz.
Dəriyə qulluqda edilən 6 səhv
Günəş kremi vurmamaq
Bütün elmi araşdırmalar sübut edib ki, sağlam, ləkəsiz və qırışsız dəriyə sahib olmaq üçün ilk növbədə dərimizi günəşin zərərli şüalarından qorumalıyıq. Odur ki, hər gün yay, qış demədən günəş kreminizi hər gün vurun.
Sızanaqları sıxmaq
Sızanaqlarınızı sıxmaq nəinki onların artmağına, eyni zamanda dırnaq izlərinizin dərinizə düşməsinə, o sızanaqların dərinizdə qalmasına və çapıqlara səbəb ola bilər.
Həddindən çox pilinq etmək
Pilinq ölü hüceyrələrdən dərini azad etsə də, çox istifadə dərinizin qızarmasına, sızanaqların artmasına dəri həssaslığına və dəri mane qatının zəifləməsinə səbəb ola bilər.
Dəri tipini nəzərə almamaq
Dəri tipinizi önəmsəmədən dəriyə qulluqda edilən 10 səhv içərisində önəmli yer tutur. Gözəl və sağlam dəri üçün birinci dərinizi tanımalısınız ki, bunun üçün blogumda "Dəri tipimi necə bilim?" adlı postum var, onu oxuya bilərsiniz.
Makyajla yatmaq
Gün sonunda makyajı təmizləmək nə qədər ağır hiss etdirsə də, qızlar makyajınızı təmizləyin. Təmizlənməmiş dəri, erkən qocalmaya və səpgilərə meyilli olur.
Vaxtı keçmiş məhsullar
İçində nə qədər qalsa da, onları atın, çünki artıq onlar effektini etiribdi. Məhsulun hansı vaxta qədər effekti olduğunu onu istehsal edən qutusuna yazıb, ondan artıq istifadə sizə kömək etməyəcək və hətta çürüməkdə olan tərkib sizin dərinizə zərər verə bilər.
Sizinlə dəriyə qulluqda edilən 6 səhv haqqında danışdım. Bu səhvlər ən çox edilənlər içərisindədir və insanlar bilsə də, onları təkrarlayır. Gəlin dərimizin qeydinə qalaq. Bəyəndinizsə, bu məqaləni dostlarınızla paylaşa bilərsiniz :)