Bu gün ən çox deyilən dırnaq ustaları yalanları
haqqında yazacağam. Ən çox deyilən dırnaq ustalarının yalanları haqqında
öyrənməyiniz, tələyə düşmədən qurtulmağınıza kömək olacaqdır. Bu yaxınlarda ilk
dəfə öz dırnağıma gellak proseduru üçün ustaya getdim və heç razı qalmadım. İlk
düzəltdirdiyim dırnaqların çox qəşəng olmasını arzulayardım nəinki belə... Bir
az xəyal qırıqlığı oldu və sizin də mənim vəziyyətimə düşməyinizi istəmərəm.
Məhz buna görə sizinlə bu məqaləni bölüşürəm.
Ən çox deyilən dırnaq ustaları yalanları
Bütün alətlər sterildi
Bu əın çox deyilən dırnaq ustalarının yalanları
içərisindədir, ustaya yazıldıqdan sonra gedib görürsən ki, stolda spirtdən
başqa bir şey yoxdur. Bundan agah olun ki, spirt heç vaxt steril edici vasitə
ola bilməz və o cür yerdə dırnaq düzəltdirməyin ki, mikrob qapmayasınız.
Dərin nə həssasdı!!!
Ən çox deyilən dırnaq ustası yalanları içərisində
populyardır və adətən, bunu işə yeni başlayan, təcrübəsiz və qeyri-profisonal
ustalar deyir. Dırnağının dərisini (içərdən də yox, barmağın dərisini!) soyur və
sonra da deyir "Oyy, dərin nə həssasdı!". Demək lazımdı,- "Dərimi
soymusansa, əlbəttə qan gələcək, nə gözləyirdin? Nə həssaslıq?! Candı
bu!"- və bu da azmış kimi, üzərinə spirt vurur və daha da yandırır və
otağı sizin səsiniz götürür. Hələ soyulmuş dəri ilə duş qəbul etmək və ya adicə
su ilə əlinizi yumaq çox çətindir, incidir.
Ustalarımız profisionaldı
Əgər ustanın özünə yox, salona yazılmısınızsa,
ehtiyyatlı olun. Salonda fərqli bilik və təcrübədə ustalar var, siz mütləq əl
işini bildiyiniz ustaya yazılın. Məsələn, salonun instagram səhifəsinə daxil
oldunuz və gözəl əl işləri gördünüz, o dəqiqə salona yazılmayın. Onlar sizə
müştərisi az olan, xüsusilə təcrübəsiz ustaya yaza bilərlər ki (xüsusilə,
endirim zamanı!), müştəri itirməsinlər. Əgər ustanı salon seçirsə, mütləq əl
işlərini tələb edin. Səhifədə gördükləriniz digər ustaların əl işi ola bilər.
Hələ heç içəriyə girməmişəm!
Ən çox deyilən dırnaq ustalarının yalanları deyəndə,
bunu unutmaq olmaz! Qeyri-profisionaldı, amma bunu sizin dırnağınızın və barmaq
quruluşunuzun üstünə atır və deyir ki, heç dırnağının içərisinə tam keçməmişəm,
artıq qanayır. "Ay usta, artıq olan budu, ətimi kəsib, oraya gel
vuracaqsan?!"
Daha çox faydalı məsləhətlər üçün, məni izləyə bilərsiniz. Ən çox
deyilən dırnaq ustaları yalanları içərisində, hələ ki, bunları eşitmişəm. Düzü,
daha artıqlarını eşitmək yerinə dürüst insanların müştərisi olmağı
seçirəm. Faydalı
oldusa, məni digər sosial şəbəkə hesablarımda izləyə bilərsiniz:)
Hiç yorum yok:
Yorum Gönder