31 Ocak 2024 Çarşamba

14 fevral üçün kreativ hədiyyələr

Ocak 31, 2024 0 Şərh

14 fevral yaxınlaşır və nə alacağını bilmirsənsə, hər il eyni hədiyyələri almaqdan bezmisənsə, bu məqalədə 14 fevral üçün kreativ hədiyyələr hansılardır, sizinlə bölüşəcəyəm.
14 fevral üçün kreativ hədiyyələr




14 fevral üçün kreativ hədiyyələr

 

Şəxsiləşdirilmiş hədiyyələr

  1. Üstündə şəklinizin olduğu kabrolar, stəkanlar, yastıq üzləri və s.
  2. Çərçivəyə və ya alboma qoyulmuş şəkillər
  3. Üstünə baş hərflərin və ya xüsusi tarix yazılı aksesuarlar



Texnolojik hədiyyələr


  1. Ağıllı saatlar, telefon və ya tabletlər
  2. Simsiz qulaqcıqlar
  3. Oyun üçün aksesuarlar



Dəb və aksesuarlar


  1. Çanta, saat, eynək və ya pul qabı kimi aksesuarlar
  2. Rahat sviter, əlcək və ya şərf




Kulinariya Dadları


  1. Xüsusi şokoladlar və ya şəxsiləşdirilmiş şokolad qutuları
  2. Sevdiyi yeməkləri özünüz hazırlamaqla romantik şam yeməyi
  3. Şəxsiləşdirilmiş etiketlə şərablar



Bitki və güllər


  1. Sevdiyi güllərdən ibarət buket
  2. Xüsusi mənalı (sizin böyüyən münasibətinizi göstərən) otaq bitkisi




Əyləncə


  1. İstədiyi kitab
  2. Konsert, idman növü və ya teatra bilet
  3. İstədiyi restoranda şam yeməyi




Bunlar sizin üçün seçdiyim 14 fevral üçün kreativ hədiyyələr sırasındadır. Ümid edirəm bəyəndiniz.

Hər münasibət və hər insan fərqlidir. Onu ən yaxşı siz tanıdığınız üçün, məhz siz ən uyğun hədiyyəni seçəcəksiniz. Siyahıda həm münasib qiymətli, həm də bahalı hədiyyələr var. 14 fevral üçün kreativ hədiyyələr seçimlərimi dostlarınızla da bölüşün və rəylərini alın. Faydalı oldusa, məni sosial şəbəkələrdə izləməyi unutmayın:)

30 Ocak 2024 Salı

Məsuliyyətsiz insanlardan necə qorunaq

Ocak 30, 2024 0 Şərh

Məsuliyyətsiz insanlar tam bir baş bəlası olsa da, onlardan özümüzü qorumaqla həyatımızı asanlaşdıra bilərik. Məsuliyyətsiz insanlar və onları tanımaq məqaləmdə bu insan "irqini" necə tanımaq olar haqqında ətraflı yazmışam. Məsuliyyətsiz insanlardan necə qorunaq dedikdə, ilk öncə onları tanımaq yada düşür. Davranışını bilmədiyin tip insandan özünü başqa necə qorumaq mümkündür ki, elə deyil?
Məsuliyyətsiz insanlardan necə qorunaq


Məsuliyyətsiz insanlardan necə qorunaq?


Məsuliyyətsiz insanları tanıdıqdan sonra onlardan aşağıda qeyd etdiyim yollarla qoruna bilərik.

Tanı və uzaq dur

Məsuliyyətsiz insanlardan necə qorunaq sualına ilk cavab, əlbəttə ki, onları tanımaq və məsafə qoymaqdır. Bu çox sadədir, lakin bununla belə bunu  fərqli səbəblərdən edə bilməyən insanlar var ki, bu tamam ayrı mövzudur. 

Limitlərini və qaydalarını qoy

Bu yolu çox sevirəm. Qarşı tərəf görəndə ki, sən öncədən limit və qaydalarını qoyursan, elə düz qaçırlar:D Bəli, bəli! Onlar sənə pislik edə bilmədən, uzaq dururlar.

Səsini duyur

Bəzi insanlar var ki, onlar daxilindəkiləri deyə bilmir. Onu üz üstə qoyan birinə heç nə demir və o da bunu sadə qarşılayır və elə davranır ki, bu, sanki, elə belə də olmalıdı. Daxilindən keçənləri ona de və anında onunla məsafə qoy.

İkinci şans? Əsla!

"Bütün insanlar ikinci şansa layiqdir!" Pfff, dayan! Bu əsla məsuliyyətsiz insanlara aid deyil, çünki etdikləri onlara görə səhv bir hərəkət deyil ki, onlar nəyisə düzəltsinlər! Məsuliyyətsizlik onların xarakteridir! Məsuliyyətsiz insanlardan necə qorunaq sualı mənə verilsə, bu argumentimi dəfələrlə dəstəkləyərəm. İnanın, bu qaydaya uymasanız, çox incidiləcəksiniz.

via GIPHY




Şəxsi təcrübələrimə əsaslananraq yazdığım bu qızıldan dəyərli məsləhətləri əsla unutmayın. Məsuliyyətsiz insanlardan necə qorunaq sualını özünüzə nə vaxtsa yenə versəniz, bu yazdıqlarımı xatırlayın və xüsusilə özünüzü sevin və özünüzü onlardan uzaq tutun. 

Sevgilə, Aytac

Faydalı oldusa, məni digər sosial şəbəkələrdə də (Aytacla Parla) da izləyə bilərsiniz:)

29 Ocak 2024 Pazartesi

Məsuliyyətsiz insanlar və onları tanımaq

Ocak 29, 2024 0 Şərh

Bu məsələ bir çoxlarımızın ağrılı nöqtəsidir və mütləq həyatımızda bir dəfə də olsa, məsuliyyətsiz insanlar qarşımıza çıxıb. Bəlkə, bizi çox əsəbləşdiriblər, bəlkə çox böyük bir problemə yol açıblar və vecsizcə sizi üz üstə qoyublar, lakin bu o demək deyil ki, siz bu mövzuda hər zaman köməksizsiniz. Sizə olan ilk kömək onları tanımaq və onlardan uzaq olmaqdır.
 

məsuliyyətsiz insanlar


Məsuliyyətsiz insanlar necə bilinir?

Məsuliyyətsiz insanlar, əslində, özlərini tez biruzə verirlər, təki siz aşağıda dediyim nüanslara fikir verəsiniz.
 

Hər zaman başqalarının həyatından nümunə götürün

Deyək ki, Vəli deyilən bir insan var və bu insan digərlərinə qarşı hər zaman vecsiz yanaşır. Siz, hətta, özünüz də düşünürsünüz ki, Vəli məsuliyyətsiz insanlar qrupuna aiddi. O, zaman, qəflətə düşüb o insana güvənməyin və o insandan uzaq durmaq özünüzü qorumaq üçün ilk addımdır.

via GIPHY


 

Hislərinizə güvənin

Əgər Vəliyə hansısa bir iş tapşırmaq istəyirsiniz, lakin düşünürsünüz Əli sizə daha çox kömək edə bilər. O zaman, mütləq Əliyə o işi verin ki, sonra peşman olmayasınız. Hislər (instikt) Uca Yaradanın insana bəxş etdiyi ən böyük hədiyyələrdən biridir.
 

via GIPHY


Gördüyü iş yanaşmasına fikir verin

Əgər işini vaxtında bitirməyən və tənbəl bir insanla qarşılaşmısınızsa. çox güman ki, o, məsuliyyətsiz insanlar qrupuna daxil ola bilər. Uzaq durmaqda fayda var.
 

via GIPHY


Verdiyi sözləri tuturmu?

Yuxarıda yazdığım kimi, digər insanların həyatına baxın. Əgər Vəli onlara (və ya sizə) verdiyi sözün arxasında durmursa, deməli, sabah o, sizin üçün daha böyük problemlərə yol aça bilər. Birinci, kiçik məsələlərdə onu sınağa çəkin, daha sonra böyük işlərdə onlara inanın.
 

via GIPHY


Unutqandırmı?

İnsan unutqan ola bilər, amma baxır hansı dərəcədə? Əgər Vəli daima fikirlidirsə və ya unutqandırsa (yaddaşı zəifdir və bu barədə heç nə edə bilmərik), bu zaman özümüzü qorumaq üçün hər ehtimal onu məsuliyyətsiz insanlar qrupuna aid edə bilərik, çünki ən azından insan unutqan olduğunu bilirsə, özündə qeydlər apara bilər ki, deyiləni (və ya öz işini) unutmasın, bunu etmirsə, deməli, məsuliyyətsizdir.
 

via GIPHY


Danışıq tərzinə diqqət yetirin

Əgər bir insan daima hər şeydən şikayət edirsə və özündə heç nəyi dəyişmirsə, deməli, o heç öz həyatının məsuliyyətini belə öz üzərinə götürməyib, hər kəs və hər şey pisdi, bircə bu yaxşıdı və qurbandı, sizcə, sizin xahişlə etdiyiniz işi layiqincə yerinə yetirə bilər?!
 

via GIPHY


Tamamilə, şəxsi təcrübəmdən məsuliyyətsiz insanlar və onları tanımaq barədə sizinlə fikirlərimi bölüşdüm. Bu fikirlərin hamısı şəxsi həyatımdan götürdüyüm təcrübələrdən irəli gəlir. Əgər bu sadaladığım xüsusiyyətlərdən ən azı biri Vəlidə varsa, ondan uzaq durun ki, incinməyəsiniz.
 
Sevgilə, Aytac
Faydalı oldusa, paylaşmağı unutmayın:)
 
 

 


25 Ocak 2024 Perşembe

Ən çox alınan qadın ətirləri

Ocak 25, 2024 0 Şərh

Ətir deyərkən, hər kəs mütləq ən qalıcı, ən xoşa gələn, zövqə uyğun parfüm axtarır. Mənim özüm belə bu nüanslara görə saatlarla ən çox alınan qadın ətirləri hansılardır deyə internetdə bol-bol araşdırmışam. Bir çox nümunə var, lakin tapdığım ən çox sevilən və ən çox alınan qadın ətirləri hansılardır sizinlə bölüşürəm.


Ən çox alınan 3 qadın ətiri



Gucci Bloom


Çiçək ətir ailəsinə daxildir və qoxu tipi ağ güllər, yüngül, təravətli və yumşaqdır. Açılış notunda yasəmən qoxusu olsa da, ətiri tuberoza çiçəyinin yüngül qoxusu əhatə edir. Rangoon sarmaşığı isə ətirə təbii şirinlik verir.









Chanel Chance Eau Tendre


Zamansız ətirdir. Ən çox alınan qadın ətirləri sırasındadır. Üst notları heyva və qreyfrut, ürək notları yasəmən və sünbülçiçək, baza notları isə müşk, sidr, süsən və ənbərdir. Gül və meyvəli ətir ailəsinə daxildir.



Givenchy Amarige


Üst notlarda Portağal Çiçəyi, Şaftalı, Gavalı, Neroli, Braziliya Gülağacı, Mandarin Portağalı və Bənövşə; orta notlar: Tuberoza, Mimoza, Qardeniya, İlanq-İlanq, Yasəmən, Qara çəyirtkə, Qərənfil, Qırmızı Giləmeyvə, Qara Qarağat, Kassiya, Qızılgül və Orxideya; əsas notlar Səndəl ağacı, Meşə notları, Vanil, Ənbər, Müşk, Tonka Paxlası və Sidrdir.

 





Ən çox alınan qadın ətirləri əslində çoxdur, lakin bu məqalə uzanmasın deyə sizinlə üçünü bölüşdüm. Növbəti məqalələrimdə digər ətirləri də bölüşəcəyəm. Bu məqalə sizin üçün faydalı oldusa, paylaşmağı unutmayın:)

 

Dəri qulluğuna başlamayanlar üçün:  "Dəri qulluğuna başlamaq üçün 5 səbəb"

Dəri tipini bilməyənlər üçün: "Dəri tipimi necə bilim?"


Dəri qulluğuna başlamaq üçün 5 səbəb

Ocak 25, 2024 0 Şərh



Çox vaxt dəri qulluğuna başlamaq lazımsız gəlir, çünki artıq elə bir dövrdür ki, yaxşı örtücü bir tonal krem ilə baxımlı görünmək mümkündür. Lakin əsas sual yaranır: Hara qədər?! Bu məqalədə dəri qulluğuna başlamaq üçün səbəblərdən danışacağıq.



Dəri qulluğuna başlamaq üçün 5 səbəb


Sağlamlıq


Deyirlər ki, var-dövlət ikinci, sağlamlıq isə birinci sərvətdi... Canın sağlam olmayandan sonra heç nədən zövq ala bilməzsən. Sağlam dəri təkcə üz gözəlliyi deyil, bütün bədənin qayğısına qalmaqdır. Axı bədənimiz ən böyük orqanımızdır və həyatımız boyunca bizimlədi... Paltar da geyinsən, dərin üzdədir. Sağlam dəri sağlam bədənin bir parçasıdı. Nəmlənməyən, çatlamış, quru dəri qıcıqlanmaya, infeksiyaya, qızartı, qaşıntı və səpgilərə açıqdı. Günəş kremi vurulmayan dəri qırışlara, erkən qocalmaya, ləkələrə və ən əsası DƏRİ XƏRÇƏNGinə açıqdı. Gəlin dəri qulluğuna başlamaq üçün bir addım ataq!


Dəri qulluğuna başlamaq

Özgüvən


Sağlam dəri özü ilə birlikdə özgüvən gətirir. Nə vaxta qədər dərisi parlaq və sağlam insanlara baxıb həsəd aparmaq olar?! Və nə vaxta qədər dəridəki problemlərə görə utanıb, sıxılmaq olar?! Hətta qarşı tərəf səpginə baxmasa da, daxilində "100 faiz sivilcəmə zillənib" hislərini keçirib pis olmaq olar?!


Dəri qulluğuna başlamaq

Ən örtücü tonal


Dəri problemləri olan insanlar, adətən, kosmetika və baxım mağazalarına daxil olan kimi "Mənə ƏN ÖRÜTÜCÜ TONAL hansıdısa, onu verin" deyir. Məsələ burasındadır ki, necə ki, sütunları nasaz olan binanın üstünü bəzəsən də, o əvvəl-axır yıxılacaq, dəri də belədir. Ya tonal pütür-pütür, qabıq-qabıq görünür, ya da sanki kələ-kötür divara oboy vurulmuş kimi nahamar... Bilirəm, bir az ağır oldu, amma ingilislər demiş "It is what it is". Biri artıq bunları deməli idi.


Dəri qulluğuna başlamaq

Qırışlanma


Baxımsız dəri erkən qırışlanır. Təəssüf ki, ən bahalı tonal kremlər belə qırışlara dolduğu üçün dəri ürək açan görünmür (xüsusilə, göz ətrafı ən az 10 il qoca göstərir). Buna görə, adətən, dərisi qırışlı xanımlar makyaj etməkdən qaçır, çünki makyajsız daha cavan görünür, lakin bu zaman da dəridəki ləkələr ondan əl çəkmir...

Dəri qulluğuna başlamaq



Özünə sevgi


Özünə qayğı, insanın özünə qarşı sevgisinin ən böyük təcəssümüdü. Özünü sev, beləliklə özünə qayğı göstər. Səhər yuxudan durub saçını daramadığını düşün. Səni əmin edirəm, 2 saat sonra özünü güzgüdə görsən, nə qədər baxımsız, bəlkə də nə qədər çirkin göründüyünü, həyatdan küsmüş olduğunu düşünəcəksən. Düşün ki, dərin belədir və hər gün güzgüdə dəfələrlə özünə baxıb belə düşünürsən, dolayı yolla özünü sevmirsən.


Dəri qulluğuna başlamaq

Utanma hissi


Bonus 6-cı səbəb! Düşün ki, bir gün makyaj etməyə vaxtın olmadı və qəfil evdən çıxdın. Həmin gün hər dəqiqə düşünəcəksən, "Tez evə qayıtsaydım..." Bir iş yoldaşım mənim makyaj etmədən gəzdiyimi görüb, "Mən makyajsız çölə çıxmağa utanaram" deyib güzgüdə özünə narazı baxmışdı deyə bir xatirəm var. Və ya... düşünürəm, xüsusilə, yeni evli qızlar bunu daha çox problem edə bilər, çünki hər zaman onları makyajlı görmüş nişanlıları qarşısında tamamilə makyajsız olmaq onları narahat edə bilər (səbəbini artıq bilirsiniz).


Dəri qulluğuna başlamaq


Bu səbəblərə görə, çiçəklərim, özünüzü sevin, qayğı göstərin, bütün ömrünüz boyu sizlə olacaq təbii paltarınız olan dərinizin qeydinə qalın. Dəri qulluğuna başlamaq üçün heç vaxt gec deyil. İlk addım olaraq, dəri qulluğuna başlamaq üçün "Dəri tipimi necə bilim ?" məqaləmi oxuya bilərsiniz. Bu məqalə sizin üçün faydalı oldusa, paylaşmağı unutmayın:)

 

24 Ocak 2024 Çarşamba

Cosrx Centella Water Alcohol-Free Toner haqqında rəylərim

Ocak 24, 2024 0 Şərh
Bu məqaləmdə sizə istifadə edib bitirdiyim Cosrx Centella Water Alcohol-Free Toner haqqında rəylərim nədir sizlə bölüşəcəyəm.


Cosrx Centella Water Alcohol-Free Toner



Ümumiyyətlə, Cosrx Centella Water Alcohol-Free Toner illərin məhşur toneridir və bütün veb saytlarda həmişə yüksək qiymətləndirilib və haqqında pozitiv rəylər yazılıb.



Cosrx Centella Water Alcohol-Free Toner nə üçündür?

  1. Dərini sakitləşdirir
  2. Dərini nəmləndirir
  3. Dərini rahatladır
  4. Qızartıları götürür
  5. Dərini minerallarla qidalandırır


Gəlin, bu tonerin tərkibini araşdıraq.


Cosrx Centella Water Alcohol-Free Toner

Cosrx Centella Water Alcohol-Free Toner tərkibi:

Water, Centella Asiatica Leaf Water, Butylene Glycol , 1,2-Hexanediol, Betaine, Panthenol, Allantoin, Ethyl Hexanediol, Sodium Hyaluronate



Cosrx Centella Water Alcohol-Free Toner əsas tərkibi

  1. 84.69% Cecu (Koreyada ada) mineral suyu
  2. 10% Centella Asiatica yarpağı suyu


Gəlin bu maddələrin hər biri nə işə yarayır, hamısını baxaq!

Cosrx Centella Water Alcohol-Free Toner




Cosrx Centella Water Alcohol-Free Toner tərkib analizi

Mineral su


Mineral su dəridə detoks təsirə malikdir. Dərini xarici mühitdən qoruduğu üçün dəri təmiz, təravətli və cavan qalır. Ən əsası, mineral su, məsamələri təmizləyir, onları çirkdən və artıq yağdan (sebum) azad edir.

Centella asiatica ekstraktı


Dəri problemləri üçün qədim zamanlardan istifadə olunur. Dəri kəsikləri, yanıqlarının müalicıəsində və dəri problemlərinin aradan qaldırılmasında baxım vasitələrində geniş istifadə olunur. Dərini sakitləşdirir, rahatladır, qocalma-lehinə vasitədir, dərini rahatladır, iltihabı götürür, qızartıları ortadan qaldırır. Ətraflı olaraq Centella asiatica bitkisi haqqında bu məqalədən (Centella asiatica) oxuya bilərsiniz.

Butylene glycol


Hümektant (yəni suyu özünə çəkir) və həll edicidir və beləliklə dərini nəmləndirir, yumşaldır. Məhlulda həll edici və qoruyucu kimi də çıxış edir, məhlulun qurumasının qarşısını alır. Dəri üçün xeyirlidir.

 

1, 2-Hexanediol


Hümektant (yəni suyu özünə çəkir) və həll edicidir və beləliklə dərini nəmləndirir, yumşaldır. Məhlulda həll edici və bakteriyadan qoruyucu kimi də çıxış edir, məhlulun qurumasının qarşısını alır. Dəri üçün zərərli deyil.

Betaine


Hümektant (yəni suyu özünə çəkir) vэ əsasən dərinin nəmləndirilməsini tarazlaşdırmağa çalışır. Son araşdırmalara görə, qeyri-bərabər dəri tonunu bərabərləşdirməyə kömək edir.

Panthenol


Dəri üçün əladır və ikinci adı B5 vitaminidir. Dərini nəmləndirir və sakitləşdirir. Nəmi özünə çəkir və özündə saxlayır. Dəridəki qızarıqlığı götürür və həssas dəri üçün əladır. Araşdırmalar göstərir ki, 1% panthenol dəridəki nəmi sürətlə artırır və nəm itkisinin qarşısına keçir.

Allantoin


Dəri üçün əladır və həm dərini sakitləşdirir, həm də nəmləndirir.

Ethyl Hexanediol


Həll edicidi, ətirdir. Dəri üçün orta dərəcədə xeyirdir.



Sodium Hyaluronate


Dəri üçün əladır və Hyaluron turşusunun duz formasıdır. Dərini yeniləyir və 1 qramı 6 litr su saxlaya bilir. Dəriyə hyaluron turşudan daha yaxşı sorulur. Dərini nəmləndirir, qocalmadan qoruyur və sakitləşdirir.


Cosrx Centella Water Alcohol-Free Toner almağa dəyər?


Tərkibini analiz etdikdən sonra indi sıra mənim rəylərimdədir. Özünüz də gördüyünüz kimi, tərkibi sadəcə möhtəşəmdir və mən bu tonerdən çox razı qaldım. Dərim məsaməli, qarışıq və həssas dəridir və dərimdə buraxdığı rahatlıq və təravətləndirici hissi çox sevdim. Səhərlər qızaran dərimi sakitləşdirir və yuduqdan sonra nəmləndirir. Rutinimdə Cosrx Centella Water Alcohol-Free Toner sonrası tətbiq etdiyim məhsulların dərimə daha yaxşı sorulduğunu hiss etdim. Bitdikcə alacağım məhsullar sırasındadır. Tövsiyə edirəm!

 

Dəri tipimi necə bilim?

Ocak 24, 2024 0 Şərh



Ümumiyyətlə, baxım və kosmetika məhsulları almazdan öncə hər kəs düşünür: "Dəri tipimi necə bilim?". Dəri tipinin bilinməsi həm məhsulun daha effektiv olmasına kömək edir, həm də alacağınız məhsulun boşa getməsinin qarşısını alır. Bundan əlavə, "Dəri tipimi necə bilim?" sualı dərinizi bir növ qoruyur, çünki dəri tipinə uymayan məhsul dərini quruda, həddindən artıq nəmləndirə, yağlandıra, səpgilərin yaranmasına və s. kimi problemlərə səbəb ola bilər.


Dəri tipimi necə bilim sualı üçün 4 addım




Üz yuma


Dərinizi ph ~5.5 olan yüngül üz yuma məhsulu ilə yuyun.


Dəri tipimi necə bilim

Dərini qurulama


Yuduqdan sonra pat-pat hərəkətləri ilə salfetlə qurudun.

Dəri tipimi necə bilim

 


Gözləmə


Yarım saat gözləyin.

Dəri tipimi necə bilim

 


Dəri tipini öyrənmə

Dəri tipimi necə bilim

 
  1. Əgər dəriniz tamamilə parlaq görünürsə, dəriniz yağlıdı.
  2. Əgər dartınız, pul-pul qabıqlı görünürsə, qurudur.
  3. Yalnız T hissə yağlanıbsa, qarışıqdır.
  4. Dəriniz təravətlidirsə və heç bir yağlılıq yoxdursa, normaldır.



Ümid edirəm, dəri tipinizi öyrəndiniz və "Dəri tipimi necə bilim?" sualı artıq sizdə yaranmır:) Bu məqalə sizin üçün faydalı oldusa, paylaşmağı unutmayın:)

 
Ən çox alınan qadın ətirləri: "Ən çox alınan 3 qadın ətiri"
Dəri qulluğuna başlamayanlar üçün: "Dəri qulluğuna başlamaq üçün 5 səbəb"

 

2024-cü ilin dəbi (Hissə 1)

Ocak 24, 2024 0 Şərh
Hər kəs dəblə ayaqlaşmaq istəyər (ən azından bir çoxumuz 😅) və ya klassik və zamansız geyimlərinizə ilin trendlərindən nəsə əlavə etmək maraqlı olar. Məhz buna görə, 2024-cü ilin dəbi haqqında bu məqalədə yer verəcəyəm. 2024-cü ilin dəbi uzun olduğu üçün bu hissə 1-dir.

2024-cü ilin dəbi



2024-cü ilin dəbi necədir?

Ümumi götürsək, 2024-də daha çox romantik tərzdə geyimlər, parıltılı geyimlər və aksesuarlar, sadəlik və 80-90-cı illərin tərzinə uyğun geyimlər dəbdə olacaq. Gəlin ətraflı baxaq.


Romantik tərz


Əvvəlki illərdən məşhurlaşan bantiklər, bu il daha çox dəbdə olacaq. Paltarların üstündə bantiklərə əlavə olaraq, saysız-hesabsız güllər,lentlər,qat-qat dalğalı kəsimlər görəcəyik ki, 2024 dəbi daha çox qadınsı geyimlərin ön planda olduğunu deyir. 

2024-cü ilin dəbi

For Love & Lemons Jillian Minidress

 

2024-cü ilin dəbi
Reformation Shaye Knit Top



Parlaq materialda diskli paltar və aksesuarlar


Paltarların, çantaların üzərində parlaq rəngli disklər bu ilin dəbindədir. Bu materialdan olan paltar və aksesuarları geyinmək çətin görünə bilər.


2024-cü ilin dəbi
WWD/GETTY IMAGES Carolina Herrera
2024-cü ilin dəbi
JW Pei Eva Handbag


Məktəbə hazırlıq


Miu Miu markasının yaz şousundan sonra, bir çox digər brend də preppi, atletik stil axımına qoşuldu. 2024-cü ilin dəbi rahat, üst-üstə geyinilmiş uzun qol köynəklər, akademik blazerlər, sandallarla çox həyəcanlı olacaq!

2024-cü ilin dəbi
Estrop/Getty Images Miu Miu
2024-cü ilin dəbi
Madewell Striped Rugby Polo Shirt

 

80-90-cı illərə qayıdış

Bu ildən etibarən 80-90-cı illərin sakit lyüksünə geri dönüş var! Kim ki, çox sadə və şık tərzdə geyinib, onun geyimləri böyük ilham mənbəyi olacaq.

2024-cü ilin dəbi
Gap Modern Jewel-Button Rib T-Shirt

 
2024-cü ilin dəbi
Abercrombie & Fitch High-Rise 90s Relaxed Jeans




2024-cü ilin dəbi ümid edirəm ürəyinizcə oldu. Növbəti məqaləmdə digər nüansları sizinlə bölüşəcəyəm. Dəbdən əlavə, hər zaman füsunkar ətir saçmanız üçün, sizinlə ən çox alınan qadın ətirlərini paylaşıram. Bu məqalə sizə faydalı oldusa, paylaşmağı unutmayın😍
 
Dəri tipini bilmirsənsə:  "Dəri tipimi necə bilim?" 
Dəri qulluğuna başlamayanlar üçün: "Dəri qulluğuna başlamaq üçün 5 səbəb"

Dəriyə qulluq rutini necə qurmaq olar?

Ocak 24, 2024 0 Şərh

Dəriyə qulluq rutini necə qurmaq olar nə qədər təlatümlü səslənsə də, işin özü çox asandı. Bu postumda ən sadə dəri qulluğu rutini qurmaq necə edilir, sizə izah edəcəyəm.
 

Dəriyə qulluq rutini necə qurmaq olar sualı üçün 3 addım:

  1. Təmizlə
  2. Nəmləndir
  3. Günəşdən qoru

Gəlin bu addımları bir-bir araşdıraq.

Dəriyə qulluq rutini necə qurmaq olar




Dəri təmizliyi

Dərimizi səhər və axşam təmizləmək son dərəcə önəmlidir. Səhər ona görə önəmlidir ki, gecə yatdığımız müddət boyunca dərimizdə çirk və yağlar yığılır və zaman keçdikdə səpgilərə, dərialtı səpgilərə və qara nöqtələrə səbəb olur. Axşam isə ona görə yuyuruq ki, bütün günü dərimizə xarici mühitdən toz, mikrob və çirklər yapışır və çirk bayaq saydığım problemlərə səbəb olur.
 

via GIPHY


Nəmləndirmə 

Parlaq və canlı dərinin ən böyük sirlərindən biri dərini səhər-axşam yuyulduqdan sonra nəmləndirməkdir. Səbəb odur ki, nəmləndirilməmiş dəri quruyur, maneə qatı zəifləyir, beləliklə dəridə rəng bərabərsizlikləri, iltihablar, səpgilər, quruluq və qırışlar əmələ gəlməyə başlayır. Bir çox dəri tipi yağlı olan insan düşünür ki, ona dərini nəmləndirmək lazım deyil, çünki dərilərində kifayət qədər yağ var. Elə onlar burda səhv edir ki, dəriləri nəmsiz qaldığı üçün daha çox yağ ifraz edib, daha çox səpgiyı meyilli olur.
 

via GIPHY


Günəşdən qoruma

Cavan, təmiz və sağlam dərinin başında spf durur. Günəşin zərərli şüaları dəridəki kollageni məhv edərək qırışların yaranmasına, ləkənin düşməsinə və xüsusilə dəri xərçənginə tutulmanın başında gəlir. Nə olur, olsun, mütləq dərinizi günəşdən qoruyun.

via GIPHY

 

Bu ən sadə dəriyə qulluq rutini necə qurmaq olar haqqında məqalə idi. Bu rutini nə qədər istəyirsiniz, genişləndirin və məhsul seçimi isə dəri tipinizdən asılıdır. Rutininizə serumlar, maskalar, tonerlər, essensiyalar və s. əlavə edə bilərsiniz. Dərinizə qulaq edin və onun ehtiyaclarını ödəyin.