5 Mart 2024 Salı

Miselyar su nədir?

Mart 05, 2024 0 Şərh

Miselyar su uzun illərdir xanımlar tərəfindən istifadə olunan təmizləyici vasitədir və böyük bir kütlə tərəfindən sevilir. İstifadəsi də çox rahatdır və pambığa tökülərək istifadə olunur. Miselyar su real su kimi hiss etdirir və hətta bəzi insanlar ancaq onunla dərisini təmizləyir və sonda su ilə belə üzlərinə vurmurlar. Bəs həqiqətən bu qədər mi? Real da miselyar su nədir?

Miselyar su nədir


Miselyar su nədir?

Gecə yatmazdan öncə üzdəki makyajı təmizləmək üçündür və o, misellərdən (kiçik molekullar) ibarətdir. Misellər birlikdə gruplaşır və makyaj, çirk və yağı özünə çəkərək təmizlik edirlər. Daha dərininə getsək, miselyar su distillə edilmiş su, gliserin kimi nəmləndirən ingredientlər və aşağı faizli sürfaktantlardan ibarətdir. Sürfaktantlar dəridəki yağ və çirki parçalamaq üçündür. Onların molekulları bir yerə yığılaraq misellər əmələ gətirirlər və çirk sevdiklərindən makyajın ətrafına yığılır, onu parçalayır və dəridən yox edirlər.


Miselyar su necə yarandı?


Miselyar su 1900-cu illərin əvvəli fransız qadınlar tərəfindən məşhurlaşdırıldı. Santexnika Fransada hər yerdə mümkün olmadığından (su çirkablı olduğu üçün), su qadınların dərisində sərt hiss etdirirdi. Bu cür su ilə dərini yumaq dərini qızarda, ekzema, dermatit, rosacea kimi problemləri gücləndirə, səpgiləri artıra bilirdi. Buna görə miselyar su suya alternativ kimi istifadə olunmağa başladı. Ondan sonra xüsusilə makyaj ustaları podyumda modelləri makyaj etmək və lazım olduqda tez makyajı təmizləyib, yeni növ makyaj istifadə etmək üçün miselyar su istifadəsinə başladılar.


Bir zaman mən də çox geniş miselyar su istifadə etmişəm. Qızlar, əgər misselyar suyu sevirsinizsə, çalışın miselyar su alanda keyfiyyətli olanı alın ki, dərinizə baxım edərək təmizləsin. Mən, düzü, miselyar su fanatı deyiləm və iki etablı təmizlik mənim üçün daha idealdı, amma kim miselyar su sevirsə, ən keyfiyyətlisini istifadə etməlidir deyə düşünürəm.
 
Miselyar su nədir sualına bu məqaləmdə cavab tapdıq. Ümid edirəm, faydalı oldu. Daha çox faydalı məlumat üçün məni sosial şəbəkələrdə izləyə bilərsiniz.

 


Toksik münasibətdə olmaq

Mart 05, 2024 0 Şərh
Toksik münasibətdə olmaq ilk öncə anlaşılmasa da, zaman keçdikcə sizi zəhərlədiyindən bilirsiniz ki, bu münasibət toksikdir. Toksik elə ingiliscə "toxic", yəni zəhərli, "toxic relationship" və ya "töksik ilişki/toksik münasibət" burdan gəlir. Davamlı qısqanclıq, dəstəyin az olması sağlam olmayan münasibətin göstəriciləridir. 

Toksik münasibətdə olmaq



Sağlam münasibət nədir?


Sağlam münasibətdə hər şey sanki yolundadır, hərdən mübahisələriniz olsa, ümumi problemlər müzakirə olunur və bir-birinizin birlikdəliyindən zövq alırsınız.


Toksik münasibətdə olmaq nədir?


Toksik münasibət tamam əksidir. Birlikdə davamlı tükənmiş və bədbəxt hiss edirsiniz. Münasibətdən zövq almırsınız və elə ən xırda şeydə mübahisə edirsiniz. Toksik münasibətdə olmaq bəzən heç hiss edilmir, bəzən də açıq-aydın ortada görünür.



Toksik münasibətdə olmaq hansı əlamətlərlə bilinir?



Hörmətsizliklər


Verilən sözləri unutmaq, diqqətsizliklər toksik münasibətin ayrılmaz hissəsidir. Ola bilər, kimsə, həqiqətən, unutqandır, bu zaman onunla planlama üçün vasitələrdən danışıb, unutqanlığını azalda bilərsiniz, lakin toksik münasibətdə bu söhbət belə baş tutmur.



Dəstəklənməmə


Sağlam münasibətdə bir-birinizin uğurlarına sevinir və bir-birinizi dəstəkləyirsiniz. Toksik münasibətdə olmaq isə odur ki, siz artıq bir-birinizi dəstəkləmirsiniz, bir-birinizlə yarışa girirsiniz. Birlikdə pozitiv, dəstəklənən və cəsarətləndirilən hiss etmirsiniz və ehtiyacınız olanda o, orda olumur. Hətta, sizə elə gəlir ki, sənin maraq və ehtiyacların artıq onun vecinə də deyil, ancaq özünü düşünür.



İdarəçilik


Heç soruşub sizdən ki, bütün gün hardasan? Çünki mesaj və zənglərinə gec cavab verirsiniz. Unutmayın ki, bu cür davranışlar nəinki sizə inanmadığını və qısqanclığını göstərir, həmçinin onun sizi idarə etmək istədiyini göstərir. Toksik münasibətdə olmaq məhz bu cür hiss etdirir.
 


Paxıllıq və ya qısqanclıq


Paxıllıq və qısqanclıq hər insanın təbiətində olsa da, Toksik münasibətdə olmaq demək, dozasının yüksək olduğunu deyir. Əgər partnyorunuz çox paxıldırsa, deməli uğurunuzu sevmir. Çox qısqancdırsa, bu o deməkdir ki, sizdən daima şübhələnir və sizə əslində güvənmir.


Küsülülük


Ürəyinizdə küsürsünüz, lakin ona demirsiniz. Zaman keçdikcə onlar böyüyür və kinə çevrilir. Onla danışmalısınız, əgər düşünürsünüz ki, danışsam da, düzələn deyil, deməli Toksik münasibətdə olmaq necə olur, onu yaşayırsınız.



Zəhərli ünsiyyət


Artıq əvvəlki kimi bir-birinizlə mehriban, mülayim və xoşbəxt danışmırsınız. Əvəzinə, tənqid və sarkazm, qınama dolu söhbətlər sizdən əl çəkmir.



İtirilmiş münasibətlər


Artıq nəinki ailəniz, heç dost-rəfiqələrinizlə əlaqəniz zəifləyib. İcazə vermir sizə ki, harasa tək gedəsiniz. Ancaq onla olmalısınız. Bütün boş vaxtlarınız ondan ibarətdir.


 
Özünə qayğının yox olması


Toksik münasibətdə olmaq o deməkdir ki, artıq siz özünüzə qayğı göstərməyi azaltmısınız/buraxmısınız. Sevdiyiniz hobbiləri etmirsiniz, sağlamlığınızın qeydinə qalmırsınız və boş vaxtınızı qurban verirsiniz. Səbəbi də aydındır, çünki sizin sevdiyiniz aktivlikləri etmək üçün enerjiniz yoxdur, çünki siz sevdiyiniz şeyləri etdiyinizdə, partyorunuzun bunu bəyənmir.


Dəyişiklik üçün ümid


Ümid edirsiniz ki, o nə vaxtsa düzələcək. Buna görə, münasibəti davam etdirirsiniz. Hətta, düşünürsünüz, mən özümü dəyişsəm, o da dəyişər.


Toksik münasibətdə olmaq daimi əsəb-stres mənbəyidir. Ona görə, qərarınızı verin: Ya onla bütün problemləri danışıb həll edin və münasibətə sağlam davam edin. Əks təqdirdə, yollarınızı ayırmaq sizin üçün ən xeyirlisi olacaq. Növbəti məqalə bu barədə olacaq. Toksik münasibətdə olmaq özü də sizə bir dərsdir, növbəti münasibətiniz belə olsa, yolun əvvəlində bunu biləcəksiniz. Heç nəyə görə pis olmayın. Bu cür faydalı məqalələr üçün məni sosial şəbəkələrdə izləyə bilərsiniz.