makyaj-təmizləmə etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
makyaj-təmizləmə etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

5 Mart 2024 Salı

Miselyar su nədir?

Mart 05, 2024 0 Şərh

Miselyar su uzun illərdir xanımlar tərəfindən istifadə olunan təmizləyici vasitədir və böyük bir kütlə tərəfindən sevilir. İstifadəsi də çox rahatdır və pambığa tökülərək istifadə olunur. Miselyar su real su kimi hiss etdirir və hətta bəzi insanlar ancaq onunla dərisini təmizləyir və sonda su ilə belə üzlərinə vurmurlar. Bəs həqiqətən bu qədər mi? Real da miselyar su nədir?

Miselyar su nədir


Miselyar su nədir?

Gecə yatmazdan öncə üzdəki makyajı təmizləmək üçündür və o, misellərdən (kiçik molekullar) ibarətdir. Misellər birlikdə gruplaşır və makyaj, çirk və yağı özünə çəkərək təmizlik edirlər. Daha dərininə getsək, miselyar su distillə edilmiş su, gliserin kimi nəmləndirən ingredientlər və aşağı faizli sürfaktantlardan ibarətdir. Sürfaktantlar dəridəki yağ və çirki parçalamaq üçündür. Onların molekulları bir yerə yığılaraq misellər əmələ gətirirlər və çirk sevdiklərindən makyajın ətrafına yığılır, onu parçalayır və dəridən yox edirlər.


Miselyar su necə yarandı?


Miselyar su 1900-cu illərin əvvəli fransız qadınlar tərəfindən məşhurlaşdırıldı. Santexnika Fransada hər yerdə mümkün olmadığından (su çirkablı olduğu üçün), su qadınların dərisində sərt hiss etdirirdi. Bu cür su ilə dərini yumaq dərini qızarda, ekzema, dermatit, rosacea kimi problemləri gücləndirə, səpgiləri artıra bilirdi. Buna görə miselyar su suya alternativ kimi istifadə olunmağa başladı. Ondan sonra xüsusilə makyaj ustaları podyumda modelləri makyaj etmək və lazım olduqda tez makyajı təmizləyib, yeni növ makyaj istifadə etmək üçün miselyar su istifadəsinə başladılar.


Bir zaman mən də çox geniş miselyar su istifadə etmişəm. Qızlar, əgər misselyar suyu sevirsinizsə, çalışın miselyar su alanda keyfiyyətli olanı alın ki, dərinizə baxım edərək təmizləsin. Mən, düzü, miselyar su fanatı deyiləm və iki etablı təmizlik mənim üçün daha idealdı, amma kim miselyar su sevirsə, ən keyfiyyətlisini istifadə etməlidir deyə düşünürəm.
 
Miselyar su nədir sualına bu məqaləmdə cavab tapdıq. Ümid edirəm, faydalı oldu. Daha çox faydalı məlumat üçün məni sosial şəbəkələrdə izləyə bilərsiniz.