baxım-məhsulları-rəylərim etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
baxım-məhsulları-rəylərim etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

24 Ocak 2024 Çarşamba

Cosrx Centella Water Alcohol-Free Toner haqqında rəylərim

Ocak 24, 2024 0 Şərh
Bu məqaləmdə sizə istifadə edib bitirdiyim Cosrx Centella Water Alcohol-Free Toner haqqında rəylərim nədir sizlə bölüşəcəyəm.


Cosrx Centella Water Alcohol-Free Toner



Ümumiyyətlə, Cosrx Centella Water Alcohol-Free Toner illərin məhşur toneridir və bütün veb saytlarda həmişə yüksək qiymətləndirilib və haqqında pozitiv rəylər yazılıb.



Cosrx Centella Water Alcohol-Free Toner nə üçündür?

  1. Dərini sakitləşdirir
  2. Dərini nəmləndirir
  3. Dərini rahatladır
  4. Qızartıları götürür
  5. Dərini minerallarla qidalandırır


Gəlin, bu tonerin tərkibini araşdıraq.


Cosrx Centella Water Alcohol-Free Toner

Cosrx Centella Water Alcohol-Free Toner tərkibi:

Water, Centella Asiatica Leaf Water, Butylene Glycol , 1,2-Hexanediol, Betaine, Panthenol, Allantoin, Ethyl Hexanediol, Sodium Hyaluronate



Cosrx Centella Water Alcohol-Free Toner əsas tərkibi

  1. 84.69% Cecu (Koreyada ada) mineral suyu
  2. 10% Centella Asiatica yarpağı suyu


Gəlin bu maddələrin hər biri nə işə yarayır, hamısını baxaq!

Cosrx Centella Water Alcohol-Free Toner




Cosrx Centella Water Alcohol-Free Toner tərkib analizi

Mineral su


Mineral su dəridə detoks təsirə malikdir. Dərini xarici mühitdən qoruduğu üçün dəri təmiz, təravətli və cavan qalır. Ən əsası, mineral su, məsamələri təmizləyir, onları çirkdən və artıq yağdan (sebum) azad edir.

Centella asiatica ekstraktı


Dəri problemləri üçün qədim zamanlardan istifadə olunur. Dəri kəsikləri, yanıqlarının müalicıəsində və dəri problemlərinin aradan qaldırılmasında baxım vasitələrində geniş istifadə olunur. Dərini sakitləşdirir, rahatladır, qocalma-lehinə vasitədir, dərini rahatladır, iltihabı götürür, qızartıları ortadan qaldırır. Ətraflı olaraq Centella asiatica bitkisi haqqında bu məqalədən (Centella asiatica) oxuya bilərsiniz.

Butylene glycol


Hümektant (yəni suyu özünə çəkir) və həll edicidir və beləliklə dərini nəmləndirir, yumşaldır. Məhlulda həll edici və qoruyucu kimi də çıxış edir, məhlulun qurumasının qarşısını alır. Dəri üçün xeyirlidir.

 

1, 2-Hexanediol


Hümektant (yəni suyu özünə çəkir) və həll edicidir və beləliklə dərini nəmləndirir, yumşaldır. Məhlulda həll edici və bakteriyadan qoruyucu kimi də çıxış edir, məhlulun qurumasının qarşısını alır. Dəri üçün zərərli deyil.

Betaine


Hümektant (yəni suyu özünə çəkir) vэ əsasən dərinin nəmləndirilməsini tarazlaşdırmağa çalışır. Son araşdırmalara görə, qeyri-bərabər dəri tonunu bərabərləşdirməyə kömək edir.

Panthenol


Dəri üçün əladır və ikinci adı B5 vitaminidir. Dərini nəmləndirir və sakitləşdirir. Nəmi özünə çəkir və özündə saxlayır. Dəridəki qızarıqlığı götürür və həssas dəri üçün əladır. Araşdırmalar göstərir ki, 1% panthenol dəridəki nəmi sürətlə artırır və nəm itkisinin qarşısına keçir.

Allantoin


Dəri üçün əladır və həm dərini sakitləşdirir, həm də nəmləndirir.

Ethyl Hexanediol


Həll edicidi, ətirdir. Dəri üçün orta dərəcədə xeyirdir.



Sodium Hyaluronate


Dəri üçün əladır və Hyaluron turşusunun duz formasıdır. Dərini yeniləyir və 1 qramı 6 litr su saxlaya bilir. Dəriyə hyaluron turşudan daha yaxşı sorulur. Dərini nəmləndirir, qocalmadan qoruyur və sakitləşdirir.


Cosrx Centella Water Alcohol-Free Toner almağa dəyər?


Tərkibini analiz etdikdən sonra indi sıra mənim rəylərimdədir. Özünüz də gördüyünüz kimi, tərkibi sadəcə möhtəşəmdir və mən bu tonerdən çox razı qaldım. Dərim məsaməli, qarışıq və həssas dəridir və dərimdə buraxdığı rahatlıq və təravətləndirici hissi çox sevdim. Səhərlər qızaran dərimi sakitləşdirir və yuduqdan sonra nəmləndirir. Rutinimdə Cosrx Centella Water Alcohol-Free Toner sonrası tətbiq etdiyim məhsulların dərimə daha yaxşı sorulduğunu hiss etdim. Bitdikcə alacağım məhsullar sırasındadır. Tövsiyə edirəm!

 

Dəriyə qulluq rutini necə qurmaq olar?

Ocak 24, 2024 0 Şərh

Dəriyə qulluq rutini necə qurmaq olar nə qədər təlatümlü səslənsə də, işin özü çox asandı. Bu postumda ən sadə dəri qulluğu rutini qurmaq necə edilir, sizə izah edəcəyəm.
 

Dəriyə qulluq rutini necə qurmaq olar sualı üçün 3 addım:

  1. Təmizlə
  2. Nəmləndir
  3. Günəşdən qoru

Gəlin bu addımları bir-bir araşdıraq.

Dəriyə qulluq rutini necə qurmaq olar




Dəri təmizliyi

Dərimizi səhər və axşam təmizləmək son dərəcə önəmlidir. Səhər ona görə önəmlidir ki, gecə yatdığımız müddət boyunca dərimizdə çirk və yağlar yığılır və zaman keçdikdə səpgilərə, dərialtı səpgilərə və qara nöqtələrə səbəb olur. Axşam isə ona görə yuyuruq ki, bütün günü dərimizə xarici mühitdən toz, mikrob və çirklər yapışır və çirk bayaq saydığım problemlərə səbəb olur.
 

via GIPHY


Nəmləndirmə 

Parlaq və canlı dərinin ən böyük sirlərindən biri dərini səhər-axşam yuyulduqdan sonra nəmləndirməkdir. Səbəb odur ki, nəmləndirilməmiş dəri quruyur, maneə qatı zəifləyir, beləliklə dəridə rəng bərabərsizlikləri, iltihablar, səpgilər, quruluq və qırışlar əmələ gəlməyə başlayır. Bir çox dəri tipi yağlı olan insan düşünür ki, ona dərini nəmləndirmək lazım deyil, çünki dərilərində kifayət qədər yağ var. Elə onlar burda səhv edir ki, dəriləri nəmsiz qaldığı üçün daha çox yağ ifraz edib, daha çox səpgiyı meyilli olur.
 

via GIPHY


Günəşdən qoruma

Cavan, təmiz və sağlam dərinin başında spf durur. Günəşin zərərli şüaları dəridəki kollageni məhv edərək qırışların yaranmasına, ləkənin düşməsinə və xüsusilə dəri xərçənginə tutulmanın başında gəlir. Nə olur, olsun, mütləq dərinizi günəşdən qoruyun.

via GIPHY

 

Bu ən sadə dəriyə qulluq rutini necə qurmaq olar haqqında məqalə idi. Bu rutini nə qədər istəyirsiniz, genişləndirin və məhsul seçimi isə dəri tipinizdən asılıdır. Rutininizə serumlar, maskalar, tonerlər, essensiyalar və s. əlavə edə bilərsiniz. Dərinizə qulaq edin və onun ehtiyaclarını ödəyin.