Hər kəs dəblə ayaqlaşmaq istəyər (ən azından
bir çoxumuz 😅) və ya klassik və
zamansız geyimlərinizə ilin trendlərindən nəsə əlavə etmək maraqlı olar. Məhz
buna görə, 2024-cü ilin dəbi haqqında bu məqalədə yer verəcəyəm. 2024-cü ilin dəbi
uzun olduğu üçün bu hissə 1-dir.
2024-cü ilin dəbi necədir?
Ümumi götürsək, 2024-də daha çox romantik tərzdə
geyimlər, parıltılı geyimlər və aksesuarlar, sadəlik və 80-90-cı illərin tərzinə
uyğun geyimlər dəbdə olacaq. Gəlin ətraflı baxaq.
Romantik tərz
Əvvəlki illərdən məşhurlaşan bantiklər, bu il
daha çox dəbdə olacaq. Paltarların üstündə bantiklərə əlavə olaraq,
saysız-hesabsız güllər,lentlər,qat-qat dalğalı kəsimlər görəcəyik ki, 2024 dəbi
daha çox qadınsı geyimlərin ön planda olduğunu deyir.
For Love & Lemons Jillian Minidress
|
Parlaq materialda diskli paltar və aksesuarlar
Paltarların, çantaların üzərində parlaq rəngli
disklər bu ilin dəbindədir. Bu materialdan olan paltar və aksesuarları geyinmək
çətin görünə bilər.
WWD/GETTY IMAGES Carolina Herrera
|
Məktəbə hazırlıq
Miu Miu markasının yaz şousundan sonra, bir çox
digər brend də preppi, atletik stil axımına qoşuldu. 2024-cü ilin dəbi rahat,
üst-üstə geyinilmiş uzun qol köynəklər, akademik blazerlər, sandallarla çox həyəcanlı
olacaq!
Estrop/Getty Images Miu Miu |
80-90-cı illərə qayıdış
Bu ildən etibarən 80-90-cı illərin sakit
lyüksünə geri dönüş var! Kim ki, çox sadə və şık tərzdə geyinib, onun geyimləri
böyük ilham mənbəyi olacaq.
![]() |
Gap Modern Jewel-Button Rib T-Shirt |
![]() |
Abercrombie & Fitch High-Rise 90s Relaxed Jeans |
2024-cü ilin dəbi ümid edirəm ürəyinizcə oldu. Növbəti məqaləmdə
digər nüansları sizinlə bölüşəcəyəm. Dəbdən əlavə, hər zaman füsunkar ətir saçmanız üçün, sizinlə ən çox alınan qadın ətirlərini paylaşıram. Bu məqalə sizə faydalı oldusa, paylaşmağı unutmayın😍
Dəri tipini bilmirsənsə: "Dəri tipimi necə bilim?"
Dəri qulluğuna başlamayanlar üçün: "Dəri qulluğuna başlamaq üçün 5 səbəb"