25 Ocak 2024 Perşembe

Dəri qulluğuna başlamaq üçün 5 səbəb



Çox vaxt dəri qulluğuna başlamaq lazımsız gəlir, çünki artıq elə bir dövrdür ki, yaxşı örtücü bir tonal krem ilə baxımlı görünmək mümkündür. Lakin əsas sual yaranır: Hara qədər?! Bu məqalədə dəri qulluğuna başlamaq üçün səbəblərdən danışacağıq.



Dəri qulluğuna başlamaq üçün 5 səbəb


Sağlamlıq


Deyirlər ki, var-dövlət ikinci, sağlamlıq isə birinci sərvətdi... Canın sağlam olmayandan sonra heç nədən zövq ala bilməzsən. Sağlam dəri təkcə üz gözəlliyi deyil, bütün bədənin qayğısına qalmaqdır. Axı bədənimiz ən böyük orqanımızdır və həyatımız boyunca bizimlədi... Paltar da geyinsən, dərin üzdədir. Sağlam dəri sağlam bədənin bir parçasıdı. Nəmlənməyən, çatlamış, quru dəri qıcıqlanmaya, infeksiyaya, qızartı, qaşıntı və səpgilərə açıqdı. Günəş kremi vurulmayan dəri qırışlara, erkən qocalmaya, ləkələrə və ən əsası DƏRİ XƏRÇƏNGinə açıqdı. Gəlin dəri qulluğuna başlamaq üçün bir addım ataq!


Dəri qulluğuna başlamaq

Özgüvən


Sağlam dəri özü ilə birlikdə özgüvən gətirir. Nə vaxta qədər dərisi parlaq və sağlam insanlara baxıb həsəd aparmaq olar?! Və nə vaxta qədər dəridəki problemlərə görə utanıb, sıxılmaq olar?! Hətta qarşı tərəf səpginə baxmasa da, daxilində "100 faiz sivilcəmə zillənib" hislərini keçirib pis olmaq olar?!


Dəri qulluğuna başlamaq

Ən örtücü tonal


Dəri problemləri olan insanlar, adətən, kosmetika və baxım mağazalarına daxil olan kimi "Mənə ƏN ÖRÜTÜCÜ TONAL hansıdısa, onu verin" deyir. Məsələ burasındadır ki, necə ki, sütunları nasaz olan binanın üstünü bəzəsən də, o əvvəl-axır yıxılacaq, dəri də belədir. Ya tonal pütür-pütür, qabıq-qabıq görünür, ya da sanki kələ-kötür divara oboy vurulmuş kimi nahamar... Bilirəm, bir az ağır oldu, amma ingilislər demiş "It is what it is". Biri artıq bunları deməli idi.


Dəri qulluğuna başlamaq

Qırışlanma


Baxımsız dəri erkən qırışlanır. Təəssüf ki, ən bahalı tonal kremlər belə qırışlara dolduğu üçün dəri ürək açan görünmür (xüsusilə, göz ətrafı ən az 10 il qoca göstərir). Buna görə, adətən, dərisi qırışlı xanımlar makyaj etməkdən qaçır, çünki makyajsız daha cavan görünür, lakin bu zaman da dəridəki ləkələr ondan əl çəkmir...

Dəri qulluğuna başlamaq



Özünə sevgi


Özünə qayğı, insanın özünə qarşı sevgisinin ən böyük təcəssümüdü. Özünü sev, beləliklə özünə qayğı göstər. Səhər yuxudan durub saçını daramadığını düşün. Səni əmin edirəm, 2 saat sonra özünü güzgüdə görsən, nə qədər baxımsız, bəlkə də nə qədər çirkin göründüyünü, həyatdan küsmüş olduğunu düşünəcəksən. Düşün ki, dərin belədir və hər gün güzgüdə dəfələrlə özünə baxıb belə düşünürsən, dolayı yolla özünü sevmirsən.


Dəri qulluğuna başlamaq

Utanma hissi


Bonus 6-cı səbəb! Düşün ki, bir gün makyaj etməyə vaxtın olmadı və qəfil evdən çıxdın. Həmin gün hər dəqiqə düşünəcəksən, "Tez evə qayıtsaydım..." Bir iş yoldaşım mənim makyaj etmədən gəzdiyimi görüb, "Mən makyajsız çölə çıxmağa utanaram" deyib güzgüdə özünə narazı baxmışdı deyə bir xatirəm var. Və ya... düşünürəm, xüsusilə, yeni evli qızlar bunu daha çox problem edə bilər, çünki hər zaman onları makyajlı görmüş nişanlıları qarşısında tamamilə makyajsız olmaq onları narahat edə bilər (səbəbini artıq bilirsiniz).


Dəri qulluğuna başlamaq


Bu səbəblərə görə, çiçəklərim, özünüzü sevin, qayğı göstərin, bütün ömrünüz boyu sizlə olacaq təbii paltarınız olan dərinizin qeydinə qalın. Dəri qulluğuna başlamaq üçün heç vaxt gec deyil. İlk addım olaraq, dəri qulluğuna başlamaq üçün "Dəri tipimi necə bilim ?" məqaləmi oxuya bilərsiniz. Bu məqalə sizin üçün faydalı oldusa, paylaşmağı unutmayın:)

 

Hiç yorum yok:

Yorum Gönder