Bu məsələ bir çoxlarımızın ağrılı nöqtəsidir və mütləq həyatımızda
bir dəfə də olsa, məsuliyyətsiz insanlar qarşımıza çıxıb. Bəlkə, bizi çox
əsəbləşdiriblər, bəlkə çox böyük bir problemə yol açıblar və vecsizcə sizi üz
üstə qoyublar, lakin bu o demək deyil ki, siz bu mövzuda hər zaman
köməksizsiniz. Sizə olan ilk kömək onları tanımaq və onlardan uzaq olmaqdır.
Məsuliyyətsiz insanlar necə bilinir?
Məsuliyyətsiz insanlar, əslində, özlərini tez biruzə verirlər, təki siz aşağıda dediyim nüanslara fikir verəsiniz.Hər zaman başqalarının həyatından nümunə götürün
Deyək ki, Vəli deyilən bir insan var və bu insan digərlərinə qarşı hər zaman vecsiz yanaşır. Siz, hətta, özünüz də düşünürsünüz ki, Vəli məsuliyyətsiz insanlar qrupuna aiddi. O, zaman, qəflətə düşüb o insana güvənməyin və o insandan uzaq durmaq özünüzü qorumaq üçün ilk addımdır.Hislərinizə güvənin
Əgər Vəliyə hansısa bir iş tapşırmaq istəyirsiniz, lakin düşünürsünüz Əli sizə daha çox kömək edə bilər. O zaman, mütləq Əliyə o işi verin ki, sonra peşman olmayasınız. Hislər (instikt) Uca Yaradanın insana bəxş etdiyi ən böyük hədiyyələrdən biridir.Gördüyü iş yanaşmasına fikir verin
Əgər işini vaxtında bitirməyən və tənbəl bir insanla qarşılaşmısınızsa. çox güman ki, o, məsuliyyətsiz insanlar qrupuna daxil ola bilər. Uzaq durmaqda fayda var.Verdiyi sözləri tuturmu?
Yuxarıda yazdığım kimi, digər insanların həyatına baxın. Əgər Vəli onlara (və ya sizə) verdiyi sözün arxasında durmursa, deməli, sabah o, sizin üçün daha böyük problemlərə yol aça bilər. Birinci, kiçik məsələlərdə onu sınağa çəkin, daha sonra böyük işlərdə onlara inanın.Unutqandırmı?
İnsan unutqan ola bilər, amma baxır hansı dərəcədə? Əgər Vəli daima fikirlidirsə və ya unutqandırsa (yaddaşı zəifdir və bu barədə heç nə edə bilmərik), bu zaman özümüzü qorumaq üçün hər ehtimal onu məsuliyyətsiz insanlar qrupuna aid edə bilərik, çünki ən azından insan unutqan olduğunu bilirsə, özündə qeydlər apara bilər ki, deyiləni (və ya öz işini) unutmasın, bunu etmirsə, deməli, məsuliyyətsizdir.Danışıq tərzinə diqqət yetirin
Əgər bir insan daima hər şeydən şikayət edirsə və özündə heç nəyi dəyişmirsə, deməli, o heç öz həyatının məsuliyyətini belə öz üzərinə götürməyib, hər kəs və hər şey pisdi, bircə bu yaxşıdı və qurbandı, sizcə, sizin xahişlə etdiyiniz işi layiqincə yerinə yetirə bilər?!Tamamilə, şəxsi təcrübəmdən məsuliyyətsiz insanlar və onları tanımaq barədə sizinlə fikirlərimi bölüşdüm. Bu fikirlərin hamısı şəxsi həyatımdan götürdüyüm təcrübələrdən irəli gəlir. Əgər bu sadaladığım xüsusiyyətlərdən ən azı biri Vəlidə varsa, ondan uzaq durun ki, incinməyəsiniz.
Sevgilə, Aytac
Faydalı oldusa, paylaşmağı unutmayın:)
Hiç yorum yok:
Yorum Gönder