Məsuliyyətsiz insanlar tam bir baş bəlası olsa
da, onlardan özümüzü qorumaqla həyatımızı asanlaşdıra bilərik. Məsuliyyətsiz insanlar və onları
tanımaq məqaləmdə bu insan "irqini" necə tanımaq olar haqqında ətraflı
yazmışam. Məsuliyyətsiz insanlardan necə qorunaq dedikdə, ilk öncə onları
tanımaq yada düşür. Davranışını bilmədiyin tip insandan özünü başqa necə
qorumaq mümkündür ki, elə deyil?
Məsuliyyətsiz insanları tanıdıqdan sonra onlardan aşağıda qeyd etdiyim yollarla qoruna bilərik.
Tanı və uzaq dur
Məsuliyyətsiz insanlardan necə qorunaq sualına ilk cavab, əlbəttə ki, onları tanımaq və məsafə qoymaqdır. Bu çox sadədir, lakin bununla belə bunu fərqli səbəblərdən edə bilməyən insanlar var ki, bu tamam ayrı mövzudur.Limitlərini və qaydalarını qoy
Bu yolu çox sevirəm. Qarşı tərəf görəndə ki, sən öncədən
limit və qaydalarını qoyursan, elə düz qaçırlar:D Bəli, bəli! Onlar sənə pislik
edə bilmədən, uzaq dururlar.
Səsini duyur
Bəzi insanlar var ki, onlar daxilindəkiləri deyə bilmir. Onu üz üstə qoyan birinə heç nə demir və o da bunu sadə qarşılayır və elə davranır ki, bu, sanki, elə belə də olmalıdı. Daxilindən keçənləri ona de və anında onunla məsafə qoy.İkinci şans? Əsla!
"Bütün insanlar ikinci şansa layiqdir!" Pfff, dayan! Bu əsla məsuliyyətsiz insanlara aid deyil, çünki etdikləri onlara görə səhv bir hərəkət deyil ki, onlar nəyisə düzəltsinlər! Məsuliyyətsizlik onların xarakteridir! Məsuliyyətsiz insanlardan necə qorunaq sualı mənə verilsə, bu argumentimi dəfələrlə dəstəkləyərəm. İnanın, bu qaydaya uymasanız, çox incidiləcəksiniz.Şəxsi təcrübələrimə əsaslananraq yazdığım bu qızıldan dəyərli
məsləhətləri əsla unutmayın. Məsuliyyətsiz insanlardan necə qorunaq
sualını özünüzə nə vaxtsa yenə versəniz, bu yazdıqlarımı xatırlayın və xüsusilə
özünüzü sevin və özünüzü onlardan uzaq tutun.
Sevgilə, Aytac
Faydalı oldusa, məni digər sosial şəbəkələrdə də (Aytacla Parla) da izləyə bilərsiniz:)
Hiç yorum yok:
Yorum Gönder