Dəriyə qulluq rutini necə qurmaq olar nə
qədər təlatümlü səslənsə də, işin özü çox asandı. Bu postumda ən sadə dəri
qulluğu rutini qurmaq necə edilir, sizə izah edəcəyəm.
Gəlin bu addımları bir-bir araşdıraq.
Dəriyə qulluq rutini necə qurmaq olar sualı üçün 3 addım:
- Təmizlə
- Nəmləndir
- Günəşdən qoru
Gəlin bu addımları bir-bir araşdıraq.
Dəri təmizliyi
Dərimizi səhər və axşam təmizləmək son dərəcə önəmlidir. Səhər ona görə önəmlidir ki, gecə yatdığımız müddət boyunca dərimizdə çirk və yağlar yığılır və zaman keçdikdə səpgilərə, dərialtı səpgilərə və qara nöqtələrə səbəb olur. Axşam isə ona görə yuyuruq ki, bütün günü dərimizə xarici mühitdən toz, mikrob və çirklər yapışır və çirk bayaq saydığım problemlərə səbəb olur.Nəmləndirmə
Parlaq və canlı dərinin ən böyük sirlərindən biri dərini səhər-axşam yuyulduqdan sonra nəmləndirməkdir. Səbəb odur ki, nəmləndirilməmiş dəri quruyur, maneə qatı zəifləyir, beləliklə dəridə rəng bərabərsizlikləri, iltihablar, səpgilər, quruluq və qırışlar əmələ gəlməyə başlayır. Bir çox dəri tipi yağlı olan insan düşünür ki, ona dərini nəmləndirmək lazım deyil, çünki dərilərində kifayət qədər yağ var. Elə onlar burda səhv edir ki, dəriləri nəmsiz qaldığı üçün daha çox yağ ifraz edib, daha çox səpgiyı meyilli olur.Günəşdən qoruma
Cavan, təmiz və sağlam dərinin başında spf durur. Günəşin zərərli şüaları dəridəki kollageni məhv edərək qırışların yaranmasına, ləkənin düşməsinə və xüsusilə dəri xərçənginə tutulmanın başında gəlir. Nə olur, olsun, mütləq dərinizi günəşdən qoruyun.Bu ən sadə dəriyə qulluq rutini necə qurmaq olar haqqında məqalə idi. Bu rutini
nə qədər istəyirsiniz, genişləndirin və məhsul seçimi isə dəri tipinizdən
asılıdır. Rutininizə serumlar, maskalar, tonerlər, essensiyalar və s. əlavə edə
bilərsiniz. Dərinizə qulaq edin və onun ehtiyaclarını ödəyin.
Hiç yorum yok:
Yorum Gönder