Əgər hər gün makyaj etmək istəmirsənsə və bununla
belə baxımlı və qəşəng görünmək istəyirsənsə, bu məqaləmi sənin üçündü:
Makyajsız gözəl görünmək. Makyajsız gözəl görünmək çətindirmi? Əsla! Sizə deyəcəyim
bir neçə fikirlə buna çata bilərsiniz:)
Makyajsız gözəl görünmək
Bunun əsasında sadəcə özünə qayğı göstərməlisən. Necə? Aşağıda yazmışam.
Saçlar
Saçlarını çalış ən azından iki aydan bir uclarını kəsdir. İnsanı ələ verən ilkin görünüş saç qıranlarla dolu, süpürgə kimi görünən saç ucluqlarıdı. Sadə olaraq uclardan götürülmə (uzunluğuna toxunmadan) saçlarını canlı göstərəcək.Yuxu
Çalış ki, hər gün 6-7 saat yatasan. Qaralmış, yuxulu və şişkin gözlər insanı təbii olaraq yorğun və baxımsız göstərir.Dodaqlar
Çalış hər yatmazdan öncə və hər səhər işə getməzdən öncə (və ya evdə olursansa, yeməkdən sonra) dodaq balzamı vur. Çatlamış, qanamış dodaqlar insanı baxımsız göstərir. Parlaq, yumşaq dodaqlar isə əksini.Dəri
Makyajsız gözəl görünmək üçün ilk addım, təmiz və canlı dəridi. Əslində, dəri bir çox bədəndəki problemləri də üzə vurur. Makyajsız gözəl görünmək üçün ilk növbədə hər səhər və hər axşam üzünü yu. Gün ərzində minimum 6 stəkan su iç. Arada suyunu limon da atmağı unutma.Qaşlar
Qaşlarını tez-tez dara. Bəli, bəli. Onları nə qədər darasan, bir o qədər baxımlı və sağlam görünəcəklər.Kirpiklər
Kirpiklərinə səhər və axşam kirpik serumu vura bilərsən, parlaq, qalın və uzun olacaqlar. Makyajsız gözəl görünmək kiçik detallardadır.Əllər
Hər yatmazdan öncə və işə getməzdən öncə (və ya evdəsənsə, işlərin birdikdən sonra) əl kremi vur ki, əllərin yumşaq olsun, çatlaq və sərt dərini özün belə sevməzsən.Dırnaqlar
Ya hər ay peşəkar manikürə gedə bilərsən və ya hər 1-2 həftədən bir, özün dırnaqlarını səliqəyə sal.Makyajsız gözəl görünmək bu qədər sadədir və aşağı büdcə ilə bunu hər kəs edə bilər. Məqaləmi faydalı bilsən, dostlarınla da bölüş:)