Ümumiyyətlə, baxım və kosmetika məhsulları almazdan öncə hər kəs düşünür:
"Dəri tipimi necə bilim?". Dəri tipinin bilinməsi həm məhsulun daha
effektiv olmasına kömək edir, həm də alacağınız məhsulun boşa getməsinin
qarşısını alır. Bundan əlavə, "Dəri tipimi necə bilim?" sualı
dərinizi bir növ qoruyur, çünki dəri tipinə uymayan məhsul dərini quruda,
həddindən artıq nəmləndirə, yağlandıra, səpgilərin yaranmasına və s. kimi
problemlərə səbəb ola bilər.
Dəri tipimi necə bilim sualı üçün 4 addım
Üz yuma
Dərinizi ph ~5.5 olan yüngül üz yuma məhsulu ilə yuyun.
Dərini qurulama
Yuduqdan sonra pat-pat hərəkətləri ilə salfetlə qurudun.
Gözləmə
Yarım saat gözləyin.
Dəri tipini öyrənmə
- Əgər dəriniz tamamilə parlaq görünürsə, dəriniz yağlıdı.
- Əgər dartınız, pul-pul qabıqlı görünürsə, qurudur.
- Yalnız T hissə yağlanıbsa, qarışıqdır.
- Dəriniz təravətlidirsə və heç bir yağlılıq yoxdursa, normaldır.
Ümid edirəm, dəri tipinizi öyrəndiniz və "Dəri tipimi necə bilim?" sualı artıq sizdə yaranmır:) Bu məqalə sizin üçün faydalı oldusa, paylaşmağı unutmayın:)