Ümumiyyətlə, Cosrx Centella Water Alcohol-Free Toner illərin məhşur toneridir və bütün veb saytlarda həmişə yüksək qiymətləndirilib və haqqında pozitiv rəylər yazılıb.
Cosrx Centella Water Alcohol-Free Toner nə üçündür?
- Dərini sakitləşdirir
- Dərini nəmləndirir
- Dərini rahatladır
- Qızartıları götürür
- Dərini minerallarla qidalandırır
Gəlin, bu tonerin tərkibini araşdıraq.
Cosrx Centella Water Alcohol-Free Toner tərkibi:
Water, Centella Asiatica Leaf Water, Butylene Glycol , 1,2-Hexanediol, Betaine, Panthenol, Allantoin, Ethyl Hexanediol, Sodium Hyaluronate
Cosrx Centella Water Alcohol-Free Toner əsas tərkibi
- 84.69% Cecu (Koreyada ada) mineral suyu
- 10% Centella Asiatica yarpağı suyu
Cosrx Centella Water Alcohol-Free Toner tərkib analizi
Mineral su
Mineral su dəridə detoks təsirə malikdir. Dərini xarici mühitdən qoruduğu üçün dəri təmiz, təravətli və cavan qalır. Ən əsası, mineral su, məsamələri təmizləyir, onları çirkdən və artıq yağdan (sebum) azad edir.
Centella asiatica ekstraktı
Dəri problemləri üçün qədim zamanlardan istifadə olunur. Dəri kəsikləri, yanıqlarının müalicıəsində və dəri problemlərinin aradan qaldırılmasında baxım vasitələrində geniş istifadə olunur. Dərini sakitləşdirir, rahatladır, qocalma-lehinə vasitədir, dərini rahatladır, iltihabı götürür, qızartıları ortadan qaldırır. Ətraflı olaraq Centella asiatica bitkisi haqqında bu məqalədən (Centella asiatica) oxuya bilərsiniz.
Butylene glycol
Hümektant (yəni suyu özünə çəkir) və həll edicidir və beləliklə dərini nəmləndirir, yumşaldır. Məhlulda həll edici və qoruyucu kimi də çıxış edir, məhlulun qurumasının qarşısını alır. Dəri üçün xeyirlidir.
1, 2-Hexanediol
Hümektant (yəni suyu özünə çəkir) və həll edicidir və beləliklə dərini nəmləndirir, yumşaldır. Məhlulda həll edici və bakteriyadan qoruyucu kimi də çıxış edir, məhlulun qurumasının qarşısını alır. Dəri üçün zərərli deyil.
Betaine
Hümektant (yəni suyu özünə çəkir) vэ əsasən dərinin nəmləndirilməsini tarazlaşdırmağa çalışır. Son araşdırmalara görə, qeyri-bərabər dəri tonunu bərabərləşdirməyə kömək edir.
Panthenol
Dəri üçün əladır və ikinci adı B5 vitaminidir. Dərini nəmləndirir və sakitləşdirir. Nəmi özünə çəkir və özündə saxlayır. Dəridəki qızarıqlığı götürür və həssas dəri üçün əladır. Araşdırmalar göstərir ki, 1% panthenol dəridəki nəmi sürətlə artırır və nəm itkisinin qarşısına keçir.
Allantoin
Dəri üçün əladır və həm dərini sakitləşdirir, həm də nəmləndirir.
Ethyl Hexanediol
Həll edicidi, ətirdir. Dəri üçün orta dərəcədə xeyirdir.
Sodium Hyaluronate
Dəri üçün əladır və Hyaluron turşusunun duz formasıdır. Dərini yeniləyir və 1 qramı 6 litr su saxlaya bilir. Dəriyə hyaluron turşudan daha yaxşı sorulur. Dərini nəmləndirir, qocalmadan qoruyur və sakitləşdirir.
Cosrx Centella Water Alcohol-Free Toner almağa dəyər?
Tərkibini analiz etdikdən sonra indi sıra mənim rəylərimdədir. Özünüz də gördüyünüz kimi, tərkibi sadəcə möhtəşəmdir və mən bu tonerdən çox razı qaldım. Dərim məsaməli, qarışıq və həssas dəridir və dərimdə buraxdığı rahatlıq və təravətləndirici hissi çox sevdim. Səhərlər qızaran dərimi sakitləşdirir və yuduqdan sonra nəmləndirir. Rutinimdə Cosrx Centella Water Alcohol-Free Toner sonrası tətbiq etdiyim məhsulların dərimə daha yaxşı sorulduğunu hiss etdim. Bitdikcə alacağım məhsullar sırasındadır. Tövsiyə edirəm!