28 Şubat 2024 Çarşamba

Geyinməyə heç nəyim yoxdu deyirsənsə...

Şubat 28, 2024 0 Şərh


Əgər dünya qədər paltar alırsansa və hələ də geyinməyə heç nəyim yoxdu deyirsənsə, bu məqalə sənin üçündü. Bəs, heç düşünmüsünüz, niyə hər dəfə geyinməyə heç nəyim yoxdu deyə düşünürsünüz? Hər ay paltarlara nə qədər pul tökürsünüz, lakin geyinməyə heç nəyim yoxdu düşüncəsi bizdən əl çəkmir. Bu maqələdə bu problemlə niyə qarşılaşırıq haqqında yazacağam.
Geyinməyə heç nəyim yoxdu deyirsənsə


Niyə geyinməyə heç nəyim yoxdu?


1. Ancaq sürətlə dəyişən dəb ilə geyinirsən. Hazırda nə dəbdədi, ancaq onu alıb geyinirsən. Məsələn, ancaq crop toplar dəbdədir, onu alırsan, ancaq geniş kəsimli pencəklər dəbdədir, onları seçirsən və s. Bütün bunlar geyinməyə heç nəyim yoxdu probleminə gətirib çıxarır.
Tövsiyyə: Hansısa paltarı bəyənəndə, düşünün bunu 6 ay sonra da geyinə biləcəyəmmi? Bu düşünmədən etdiyiniz alış-verişi yavaşladacaq. Əgər paltar sifariş edirsinizsə, paltarları 2 gün səbətdə saxlayın, əgər onları hələ də 2 gün sonra istəyirsinizsə, o zaman alın.

2. Klassik geyimlərdən sadə, bəyəndiyiniz paltarlara investisiya edin. Klassik geyimlər zamansız paltarlardır, onları bu gün də geyinə bilərsiniz, 5 il sonra da. İstənilən vəziyyətdə (xüsusi gün və ya adi gün üçün) klassik geyimlər sizi qurtara bilər. Hətta dəbli geyimlərinizi klassik geyimlərinizlə də birləşdirə bilərsiniz ki, geyinməyə heç nəyim yoxdu tamam itəcək.

via GIPHY


3. Keyfiyyətsiz məhsullar almaq başqa bir səbəbdir ki, geyinməyə heç nəyim yoxdu deyirsiniz. Tez gedib ucuz görünən, 2 dəfə yuyulanda dağılacaq məhsul almaq yerinə pul yığın və daha keyfiyyətli məhsullar alın ki, ömürləri uzun olsun.

4. Bəzi insanlar var ki, düşünür paltarı çox geyinəndə gözündən düşür. Ona görə dayanmadan çox paltar alır və yenə geyinməyə heç nəyim yoxdu deyir. Bu cür düşünən xanım və bəylərə tövsiyyəm odur ki, paltarlarınızı bir müddət geyinin, daha sonra bir kənara yığışdırın, digər paltarları geyinin, daha sonra geyindiklərinizi yığışdırın, qırağa qoyduqlarınızı geyinin və bu cür davamlılıqla həm maddi, həm mənəvi daha rahat olacaqsınız.

5. Sadə paltarlarınız yoxdur. Üstü ancaq şəkilli, qaşlı və s. paltarlarınız var ki, harasa gedəndə onları necə geyinəcəyinizi bilmirsiniz. Məsələn, sadə bir ağ köynəyiniz olsa, o sizi istənilən vəziyyətdə qurtara bilər. Çox sevdiyiniz sadə bir cins şalvarı istənilən tərzdə (həm çox dəbdəbəli köynəklə xüsusi yerə, adi bir köynəklə günlük kombində) istifadə edə bilərsiniz.

6. Geyinmədiyiniz paltarları saxlayırsınız. Bəlkə də sizdə xatirəsi var və ya başqa bir səbəb, lakin onlardan qurtulmalısınız, həm artıq yer və enerji tuturlar, həm də təcili vaxtlarda o qədər paltar içində seçim etmək də çətin olur.

7. Gələcək üçün paltarlar almaq. Arıqlayanda geyinəcəyəm, kökələndə geyinəyəcəm və beləliklə o qədər pul xərcləyirsiniz ki, hazırda geyinməyə paltar almaq üçün pul qalmır. Unutmayın, paltarlar geyinilmək üçündü, saxlanmaq üçün deyil.

Geyinməyə heç nəyim yoxdu problemi ümid edirəm, bu məqalə ilə son tapacaq. Mən xüsusilə sadə paltarlara investisiya etməklə, nəhayət, bu düşüncələrdən qurtuldum. Nəhayətində, "az çoxdur" və "sadəlik özündə gözəllik və eleqantlıq daşıyır". 

21 Şubat 2024 Çarşamba

Makyajsız gözəl görünmək

Şubat 21, 2024 0 Şərh

Əgər hər gün makyaj etmək istəmirsənsə və bununla belə baxımlı və qəşəng görünmək istəyirsənsə, bu məqaləmi sənin üçündü: Makyajsız gözəl görünmək. Makyajsız gözəl görünmək çətindirmi? Əsla! Sizə deyəcəyim bir neçə fikirlə buna çata bilərsiniz:)

Makyajsız gözəl görünmək



Makyajsız gözəl görünmək


Bunun əsasında sadəcə özünə qayğı göstərməlisən. Necə? Aşağıda yazmışam.

Saçlar

Saçlarını çalış ən azından iki aydan bir uclarını kəsdir. İnsanı ələ verən ilkin görünüş saç qıranlarla dolu, süpürgə kimi görünən saç ucluqlarıdı. Sadə olaraq uclardan götürülmə (uzunluğuna toxunmadan) saçlarını canlı göstərəcək.

Yuxu

Çalış ki, hər gün 6-7 saat yatasan. Qaralmış, yuxulu və şişkin gözlər insanı təbii olaraq yorğun və baxımsız göstərir.

Dodaqlar

Çalış hər yatmazdan öncə və hər səhər işə getməzdən öncə (və ya evdə olursansa, yeməkdən sonra) dodaq balzamı vur. Çatlamış, qanamış dodaqlar insanı baxımsız göstərir. Parlaq, yumşaq dodaqlar isə əksini.

Dəri

Makyajsız gözəl görünmək üçün ilk addım, təmiz və canlı dəridi. Əslində, dəri bir çox bədəndəki problemləri də üzə vurur. Makyajsız gözəl görünmək üçün ilk növbədə hər səhər və hər axşam üzünü yu. Gün ərzində minimum 6 stəkan su iç. Arada suyunu limon da atmağı unutma.

Qaşlar

Qaşlarını tez-tez dara. Bəli, bəli. Onları nə qədər darasan, bir o qədər baxımlı və sağlam görünəcəklər.

via GIPHY

Kirpiklər

Kirpiklərinə səhər və axşam kirpik serumu vura bilərsən, parlaq, qalın və uzun olacaqlar. Makyajsız gözəl görünmək kiçik detallardadır.

Əllər

Hər yatmazdan öncə və işə getməzdən öncə (və ya evdəsənsə, işlərin birdikdən sonra) əl kremi vur ki, əllərin yumşaq olsun, çatlaq və sərt dərini özün belə sevməzsən. 

Dırnaqlar

Ya hər ay peşəkar manikürə gedə bilərsən və ya hər 1-2 həftədən bir, özün dırnaqlarını səliqəyə sal.
 
Makyajsız gözəl görünmək bu qədər sadədir və aşağı büdcə ilə bunu hər kəs edə bilər. Məqaləmi faydalı bilsən, dostlarınla da bölüş:)

20 Şubat 2024 Salı

Şəxsi büdcə nədir?

Şubat 20, 2024 0 Şərh

Heç olubmu ki, maaşınızı alasınız, amma pulun gəlməyi ilə getməyi bir olsun? :D Bu mütləq hər birimizin başına gəlib. Təəssüf ki, artıq işlər pisləşdiqdə oturub fikirləşirik kimə, nəyə və hara nə qədər pul xərcləmişik. Şəxsi büdcə anlayışı tam da bu nöqtədə ortama giriş edir. Şəxsi büdcə bizə yol göstərir və növbəti qərarlarımızı planlamada müəllim rolunda çıxış edir.

Şəxsi büdcə




Şəxsi büdcə nədir?

Şəxsi büdcə, hər bir kəsin bilməli olduğu və hətta uşaqlıqdan öyrədilməli olduğu təməl pul idarə etmək yoludur. Şəxsin maddi savadını təmsil edir və effektiv pul idarəsi və maddi planlama üçün istifadə olunur. Sadə sözlə desək, şəxsi büdcə sizə gələn və sizdən gedən pul axışını təmsil edir. İnsan şəxsi büdcə ilə ona gələn və ondan çıxan pulu izləyə bilir və beləliklə, öz maddi hədəflərinə çata bilir, çünki şəxsi büdcə yeri gələndə ona pul yığmağa, pul xərcləmə zamanı yer dəyişməyə imkan yaradır.


Şəxsi büdcə qurmağın digər bir faydalı cəhəti də odur ki, siz sizə gələn və gedən pulları izləyərək nəyə daha çox pul xərclədiyinizi, ehtiyaclarınızamı ya istəklərinizəmi pul israf etdiyinizi bilə bilirsiniz. Beləliklə, onları azalda, pul xərclərinizi doğru yönəltməklə pulunuzun idarəsini öz üzərinizə götürürsünüz.


Beləliklə, şəxsi büdcə nədir öyrəndik. Tövsiyyəm odur ki, bir dəftər götürüb hər zaman pullarınızın idarəsini öz üzərinizə götürün. Beləliklə, bu daha rahat bir həyata sizi götürəcək, şəxsi büdcə ilə pul sizi yox, siz pulu idarə edəcəksiniz. Faydalı oldusa, sosial şəbəkələrdə də (Aytacla Parla) məni izləyə bilərsiniz.


9 Şubat 2024 Cuma

Səpgilərimin 90 faizi buna görə imiş (ilk qara nöqtələrim getdi!)

Şubat 09, 2024 0 Şərh

Səpgilər bir çox insanın həyatında çox bezdirici də olsa, yer tutur. Bir çox insan elə bilir səpgilər yalnız yeniyetmə dövrü olur, lakin şəxsən mənim 20-li yaşlarımda belə səpgilərim var idi. Üzümə spf və makyaj edəndə həmişə üzüm səpirdi və elə bilirdim mənim dərimə məhsul düşmür, səpgilərimin 90 faizi 2 etablı təmizlik etməməyimə görə imiş! Əslində, 2 etablı təmizlik heç o vaxt məşhur da deyildi və öyrədib yönləndirən də olmamışdı. Elə ətrafımdakı insanlar, misselyar suyu 2 etablı təmizlik yerinə istifadə edirdilər.
2 etablı təmizlik


 

Bəs 2 etablı təmizlik nədir?

Əsasında, bu cür təmizlikdə dəri 2 fərqli məhsulla 2 dəfə yuyulur. Bu 2 məhsuldan birincisi yağ əsaslı, ikincisi isə su əsaslı olur. Yağ əsaslı təmizliklə dəri, ilk öncə, yağ ilə masaj olunur, daha sonra su əsaslı təmizləyici ilə səri yuyulurş
 

Niyə 2 etablı təmizlik edək?

Bir çox insan düşünür ki, bir dəfə üzümü misselyar su ilə yuyub günümə davam edərəm, nəyimə 2 dəfə yumaq lazımdır?! Əsas məsələ odur ki, sizin dəriniz keramik qab kimi səthi olan bir cisim deyil ki, bir dəfə onu siləsiniz təmizlənə! Siz dərinizə spf və ya makyaj etdikdə onlar dərinin ən dərin qatlarına hopur və siz misselyar suyu pambığa töküb üzünüzü siləndə, pambıq yalnız dərinin üst qatını təmizləyir. Beləliklə, dərin qatlarda çirk qaldığı üçün səpgi, qara nöqtələr, dəri altı səpgilər meydana gəlir. 
2 etablı təmizlik
Mənbə: www.stanfordchildrens.org
 

2 etablı təmizlik digər təmizlikdən nəyinə görə fərqlənir?

Digər növ təmizlik növlərində, dəri sadəcə bir dəfə silinir. Hətta, misselyar su ilə üzünü silib, yumayan belə var. 2 etablı təmizlik isə, birinci, makyaj və günəş kreminin tamam yağ ilə parçalanması, ağ nöqtələrin dəridən sökülməsi, məsamələrin dərindən təmizlənməsi üçün vacibdir. Su əsaslı üz yuma vasitələri isə, dəridə qala biləcək təmizləmə yağını, təri və qalan çirki dəridən götürür.
 

Nə vaxt 2 etablı təmizlik edək?

Əgər üzünüzdə günəş kremi və makyaj varsa, mütləq edilməlidir. Əgər üzünüzdə adi baxım vasitələrindən (məsələn, maska, serum, nəmləndirici və s.) başqa heç nə yoxdursa, gərək yoxdur. Adi su əsaslı təmizləyici işi görəcək.
 

2 etablı təmizlik nəyə faydalıdır?

Dərini dərindən təmizləyir
  1. Ağ nöqtələri götürür
  2. Sızanaq əmələ gəlməsinə icazə vermir
  3. Dərini dərindən təmizlədiyi üçün məsamələr təmiz olur və buna görə, növbəti dəri qulluq vasitələri dəriyə daha yaxşı hopur
  4. Qara nöqtələri məhv edir
  5. Dərinin daha hamar olmasına kömək edir
  6. Dəri kələ-kötürlüyünü aradan qaldırır
 
Ümid edirəm, 2 etablı təmizlik haqqında məqaləmdən zövq aldınız. Həyatımda verdiyim ən doğru qərarlardan biri, 2 etablı təmizlik mövzusunda özümə sadiqliyimdir. Bu mövzuya boş baxmayın və dəyişimə bu gündən başlayın. Faydalı oldusa, rəfiqələrinizlə paylaşın:)


 

Dəriyə qulluqda edilən 6 səhv

Şubat 09, 2024 0 Şərh
Dəriyə qulluq etsəniz də, etməsəniz də, əminəm ki, bu səhvlərdən birini edirsiniz, çünki mən də hamısını etmişəm :) O vaxt dərim çox bərbad vəziyyətdə idi və səbəblərini öyrənib düzəlişlər etdikdən sonra indi ətrafımdakılar dərilərinin mənimki kimi olmağını arzulayır. Sizinlə bu məqaləmdə dəriyə qulluqda edilən 6 səhv haqqında danışacağam. Beləliklə, siz də bu səhvlərdən qurtulub dərinizi daha da gözəlləşdirə bilərsiniz.

Dəriyə qulluqda edilən 6 səhv




Dəriyə qulluqda edilən 6 səhv
 
 

Günəş kremi vurmamaq


Bütün elmi araşdırmalar sübut edib ki, sağlam, ləkəsiz və qırışsız dəriyə sahib olmaq üçün ilk növbədə dərimizi günəşin zərərli şüalarından qorumalıyıq. Odur ki, hər gün yay, qış demədən günəş kreminizi hər gün vurun.


Sızanaqları sıxmaq


Sızanaqlarınızı sıxmaq nəinki onların artmağına, eyni zamanda dırnaq izlərinizin dərinizə düşməsinə, o sızanaqların dərinizdə qalmasına və çapıqlara səbəb ola bilər.
 


Həddindən çox pilinq etmək


Pilinq ölü hüceyrələrdən dərini azad etsə də, çox istifadə dərinizin qızarmasına, sızanaqların artmasına dəri həssaslığına və dəri mane qatının zəifləməsinə səbəb ola bilər. 


Dəri tipini nəzərə almamaq


Dəri tipinizi önəmsəmədən dəriyə qulluqda edilən 10 səhv içərisində önəmli yer tutur. Gözəl və sağlam dəri üçün birinci dərinizi tanımalısınız ki, bunun üçün blogumda "Dəri tipimi necə bilim?" adlı postum var, onu oxuya bilərsiniz.


Makyajla yatmaq


Gün sonunda makyajı təmizləmək nə qədər ağır hiss etdirsə də, qızlar makyajınızı təmizləyin. Təmizlənməmiş dəri, erkən qocalmaya və səpgilərə meyilli olur.
 

Vaxtı keçmiş məhsullar


İçində nə qədər qalsa da, onları atın, çünki artıq onlar effektini etiribdi. Məhsulun hansı vaxta qədər effekti olduğunu onu istehsal edən qutusuna yazıb, ondan artıq istifadə sizə kömək etməyəcək və hətta çürüməkdə olan tərkib sizin dərinizə zərər verə bilər.
Sizinlə dəriyə qulluqda edilən 6 səhv haqqında danışdım. Bu səhvlər ən çox edilənlər içərisindədir və insanlar bilsə də, onları təkrarlayır. Gəlin dərimizin qeydinə qalaq. Bəyəndinizsə, bu məqaləni dostlarınızla paylaşa bilərsiniz :)
 

5 Şubat 2024 Pazartesi

Marilyn Monroe makyajının sirləri hissə 3

Şubat 05, 2024 0 Şərh

Əvvəlki 2 məqaləmdə Marilyn Monroe makyajının sirləri kimi üz və göz makyajından yazdım və bu məqaləmdə nəhayət o can alıcı hissə, dodaq makyajından yazacağam. Marilyn Monroe makyajının sirləri içərisində ən çox müəmmalı olan onun dodaq rəngi idi ki, bu gün o cür qırmızı dodağa necə çatmaq olar, onu öyrənəcəyik.

 

Marilyn Monroe makyajının sirləri

Marilyn Monroe makyajının sirləri və dodaq makyajı

Əvvəl elə bilirdim ki, Marilyn Monroe makyajında əsas can alıcı nöqtə gözlərdir, sonradan araşdırdıqca öyrəndim ki, dodaqlar imiş. Buna görə gözlər Marilyn Monroe makyajının sirləri hissə 2 - də də dediyim kimi, çox dramatik olmamalıdı, onun makyajında əsas dramatik olan məqam dodaqlardır.

 

Marilyn Monroe makyajında dodaqların önəmi

Deyilənə görə, Marilyn Monroe makyajı təqribən 3 saat çəkirmiş, çünki hər şey detalları ilə edilirdi. 


via GIPHY

 

Skrub istifadəsi

Onun dodaqlarında əsas vurğu dodaqlar olduğu üçün, onlar qüsursuz görünməlidir. Buna görə, rəng vurulmazdan öncə mütləq ölü hüceyrələr, quruluq və qabıqlanmadan qurtulmaq lazım idi ki, bunun üçün o dodaqlarını skrubla təmizləyirdi.

 

Rənglərin ahəngi

Marilyn Monroe makyajının sirləri burada başlayır, çünki onun dodaqlarında qırmızı rəngin 5 tonu istifadə olunurdu. Səbəb isə odur ki, birincisi, dodaqlar dolğun görünsün, ikincisi dodaqlara 3-fəzalı görünüş verilsin. 

 

Dodaqların boyanması

Onun ustası, ilk olaraq, onun dodaqlarını tünd dodaq karandaşı ilə konturlayır. Daha sonra növbəti rənglər açığa doğru bütün dodağı tam boyayanadək növbə ilə gəlir. Unutmayın, rənglər tünddən açığa doğru gəlir. Dodağın qıraqları, konturu tünd, ortası açıq rəng olur və düz 5 qırmızı rəng istifadə olunur. Hansı rənglərdir deyə bilmərəm, çünki onun istifadə etdiyi rənglər artıq satışda yoxdur, lakin siz sizə yaraşan qırmızı rənglərdən istifadə edərək, bu dodaqlara çata bilərsiniz.

 

Dodaq balzamı

Marilyn Monroe makyajının sirləri onun makya ustaları tərəfindən yayılsa da (bu, Marilyn Monroe-ya bir növ xəyanətdir), lakin onun istifadə etdiyi dodaq balzamının xüsusi tərkibi heç vaxt üzə çıxmayıb. 5 rəng vurulduqdan sonra, o dodaqlarının üstündən o balzamla keçirdi ki, bu da dodaqları dolğun, sulu, həcmli və sağlam göstərirdi. Siz də istəsəniz, istənilən dodaq balzamı, lip gloss (dodaq parladıcısı) ilə buna çata bilərsiniz.

 

Dodaq fırçası

O, heç vaxt dodaq boyasını və ya dodaq balzamını birbaşa dodağına vurmayıb. Marilyn Monroe makyajının sirləri içərisində dodaq fırçası (incə və kiçik uclu fırça) ilk sırada gəlir. O, bütün dodaq məhsullarını incə, dəqiq və səliqəli görünüş üçün fırça ilə dodağına vururdu.

 

via GIPHY

Ağ pudra

 Marilyn Monroe makyajının sirləri içərisində bunu deməmək olmaz. Onun ustası, alt dodağının ortasına bir az ağ pudra vururdu, sanki parıltı o qədər güclüdür ki, oraya işıq düşür.

 

Marilyn Monroe makyajının sirləri bunlardan ibarət idi. Ümid edirəm bəyəndiniz. Marilyn Monroe makyajının sirləri əslində tamamilə onun üz quruluşuna əsaslanıbdır. Sizdə, bu məqalədən örnək götürərək, öz sirli makyajınızı yarada bilərsiniz. Məni və məqalələrimizi sevdinizsə, məni sosial şəbəkələrdə izləməyi unutmayın :)

 


Marilyn Monroe makyajının sirləri hissə 2

Şubat 05, 2024 0 Şərh

Əvvəlki məqaləmdə (Marilyn Monroe makyajının sirləri hissə 1) Marilyn Monroe üz makyajının sirlərini sizlərlə bölüşdüm. Onun makyajında o qədər detal var idi ki, düşündüm bir məqaləyə hamısını yazsam, çox uzanar və sıxıcı olar. Bu məqaləmdə Marilyn Monroe makyajının sirləri hissə 2 kimi onun göz makyajından yazacağam.

 

Marilyn Monroe makyajının sirləri

Marilyn Monroe makyajının sirləri və göz makyajı

Onun göz makyajı makyaj ustası tərəfindən çox detallı işlənmişdir və bənd-bənd gedərək, o cür makyajı necə əldə edə bilərik sizə izah edəcəyəm.

 

Göz qapaqları

Marilyn Monroe makyajının sirləri deyəndə parlaq göz qapağı yada düşür. Onun göz qapaqlarında mütləq parlaq ağ rəngdə göz kölgəsi olurdu. Beləliklə, onun parlaq makyajı ilə parlaq göz kölgəsi harmoniya təşkil edəcəkdi. Bildirilir ki, o hətta göz qapaqlarına daha parlaq görünməsi üçün vazelin və ya kokos yağı tətbiq edirdi, lakin çox vurmaq olmaz ki, kölgə dağılmasın.


Bundan əlavə, gözlərinə dərinlik qatmaq üçün gözünün açılıb-bağlanan hissəsinə qəhvəyi rəngdə çox yüngül formada kölgə vururdu.

 

Layner texnikası


Marilyn Monroe 3 növ layner istifadə edirdi və bütün laynerləri karandaş idi və bu onun Marilyn Monroe makyajının sirləri içərisində populyardı. Qəhvəyi rəng layneri kirpiklərinin üstünə (göz qapağının ortası), qara rəng layneri göz qapağının xaricinə (laynerin quyruğu kimi) ustası tətbiq edirdi. O gözünün içərisinə içə ağ karandaş vururdu ki, gözləri daha böyük görünsün.


 

Ağ üçbucaq

Marilyn Monroe makyajının sirləri üçün bunu deməmək olmaz. Onun ustası həmişə gözünün xaricinə (laynerin altından) ağ karandaş ilə üçbucaq çəkirdi. Bununla, gözün daha böyük olduğu illuziyası yaranırdı. Çəkəndə üçbucağı kiçik çəkin, gözün xarici ucundan yuxarı və aşağı iki xətt çəkin və daha sonra 1 perpendikulyar xətlə onları birləşdirin.

 

Kirpik kölgəsi

Sanki kirpiklərinin kölgəsi varmış kimi effekt yaratmaq üçün, onun ustası qəhvəyi rəngdə göz karandaşını gözünün altına ortadan başlayar çöldən vurur və kirpik hissə başlayanda aşağıya doğru quyruq çəkir (sanki tərs göz layneri) vəə beləliklə, sanki, kirpiklərinin kölgəsi gözünün aşağısına düşür.

 

Qaşlar

Şəkillərdə də gördüyünüz kimi, Marilyn Monroe iti yuxarı qaşlara malik olub, bu onun Marilyn Monroe makyajının sirləri içərisindədir. Yəni, qaşlarınızı darayın və qaşlarınıza da iti forma verin. Təbii görünüş üçün fırça və karandaşdan istifadə edin.

 

Kirpiklər

Onun makyaj ustası, saxta kirpikdən istifadə edirdi, lakin təbii görünüş üçün çalışırdı. O, saxta kirpikləri iki yerə bölüb kəsir və onları gözün xaricinə doğru yapışdırırdı ki, təbii görünüş əldə etsin. İndiki zamanda, saxta kirpiklər hər yerdə var və sizdə belə edə bilərsiniz və ya gözlərinizin xarici tək-tək yapışdıra bilərsiniz.

 

Maskara (tuş)

Saxta kirpikləri yapıdırdıqdan sonra yüngül toxunuşlarla maskara vurun, lakin həddi aşmayın, çünki onun makyajında əəsas ağırlıq dodaqlardadır, gözlərdə yox!

 

Marilyn Monroe makyajının sirləri içində göz makyajı, onun seksi və yuxulu görünüş yaratması üçün  hazırlanıb.Marilyn Monroe makyajının sirləri üçün bu məqalədə göz makyajından yazdım, növbəti məqalə üçün dodaq makyajı olacaq. Ümid edirəm, bəyəndiniz. Faydalı oldusa, məni sosial şəbəkələrdə eyni adla (Aytacla Parla) izləyə və bu məqaləni rəfiqələrinizlə paylaşa bilərsiniz:)

2 Şubat 2024 Cuma

Marilyn Monroe makyajının sirləri hissə 1

Şubat 02, 2024 0 Şərh
Marilyn Monroe öz dövrünün cəlbedici qadınlarından olub və hələ də cəlbedici qadınlar sırasında adı başda gəlir. Marilyn Monroe makyajının sirləri isə hələ də araşdırılır və mənim özüm üçün də hər zaman maraqlı olub. Bir az araşdırma etdikdən sonra Marilyn Monroe makyajının sirləri haqqında öyrəndim və sizinlə bölüşürəm.
Marilyn Monroe makyajının sirləri


Marilyn Monroe makyajının sirləri


Bu yazımda sizinlə necə Marilyn Monroe makyajı etmək olar, bənd-bənd bölüşürəm.

Dərini nəmləndir

Marilyn Monroe makyajının sirləri deyəndə ilk parlaq makyaj yada düşür. Marilyn Monroe-nun şəkillərinə baxdıqda bunu açıq görmək olur. Parlaq makyaj üçün ilk növbədə yaxşı nəmlənmiş, parlaq makyaj yada düşür.

Tonal krem vur

Onun makyajı parlaq olduğu üçün Marilyn Monroe makyajının sirləri içərisində parlaq bitişli tonal kremi tətbiq etmək ilk növbədədir. Onun makyajı heç vaxt çox mat olmayıb.

Qapatıcı vur

Gözaltı qaralıqların və ya dəri qızarıqlıqların varsa, qapatıcı (konsiler) mütləqdir. 


Aydınladıcı

Marilyn Monroe makyajının sirləri içərisində vazelini qeyd etməmək böyük səhv olar. O, vazelini hər zaman rutinində və makyajında geniş istifadə edib, lakin məsələ burasındadır ki, yağlı dərisi olan biri vazelini vursa, bir neçə saat sonra heç də xoş görüntü ortaya çıxmayacaq:) Odur ki, dərin qurudursa, vazelin, yağlıdırsa, aydınladıcı almacıq sümüklərinin üzərinə vurulmalıdır.

Konturlama

Marilyn Monroe ürək üz quruluşuna malik olub və konturlamada onun makyaj ustası bu üz formasını daha da vurğulayıb, odur ki, siz də etməlisiniz. Əgər üzünüz ürək formasında deyilsə, üzünüzü konturlayanda, çalışın alnınız geniş, almacıq sümükləriniz yuxarıda, çənə hissəniz dar görünsün. ÖNƏMLİ QEYD: Əgər konturlama bilmirsinizsə, bu addımı keçin.

Ənlik vurma

Onun makyajında ənliyi (rumyana) unutmaq olmaz! Marilyn Monroe makyajının sirləri içərisində parlaq mərcan rəngli ənliklər ön plandadı. Burda məqsəd, daha sağlam və qızılgülü xatırladan yanaqlara sahib olmaqdı.

Sabitləmə

Dəriniz və ya T bölgəniz yağlıdırsa, transparan pudra ilə sabitləyin.

Burun hiyləsi

Marilyn Monroe makyajının sirləri üçün bunu da vurğulamalıyıq ki, o burnunun qısa görünməyi üün həmişə ənliyini burnunun ucuna da vururdu.


Marilyn Monroe makyajı əsl bir sənətdir və bu yazımda yalnız Marilyn Monroe makyajının sirləri hissə 1 kimi yalnız üz makyajını bölüşdüm. Növbəti məqaləmdə göz və dodaq makyajını hissə-hissə bölüşəcəyəm.

1 Şubat 2024 Perşembe

Ən çox deyilən dırnaq ustalarının yalanları

Şubat 01, 2024 0 Şərh

Bu gün ən çox deyilən dırnaq ustaları yalanları haqqında yazacağam. Ən çox deyilən dırnaq ustalarının yalanları haqqında öyrənməyiniz, tələyə düşmədən qurtulmağınıza kömək olacaqdır. Bu yaxınlarda ilk dəfə öz dırnağıma gellak proseduru üçün ustaya getdim və heç razı qalmadım. İlk düzəltdirdiyim dırnaqların çox qəşəng olmasını arzulayardım nəinki belə... Bir az xəyal qırıqlığı oldu və sizin də mənim vəziyyətimə düşməyinizi istəmərəm. Məhz buna görə sizinlə bu məqaləni bölüşürəm.

 

Ən çox deyilən dırnaq ustalarının yalanları


Ən çox deyilən dırnaq ustaları yalanları


Bütün alətlər sterildi

Bu əın çox deyilən dırnaq ustalarının yalanları içərisindədir, ustaya yazıldıqdan sonra gedib görürsən  ki, stolda spirtdən başqa bir şey yoxdur. Bundan agah olun ki, spirt heç vaxt steril edici vasitə ola bilməz və o cür yerdə dırnaq düzəltdirməyin ki, mikrob qapmayasınız.


Dərin nə həssasdı!!!

Ən çox deyilən dırnaq ustası yalanları içərisində populyardır və adətən, bunu işə yeni başlayan, təcrübəsiz və qeyri-profisonal ustalar deyir. Dırnağının dərisini (içərdən də yox, barmağın dərisini!) soyur və sonra da deyir "Oyy, dərin nə həssasdı!". Demək lazımdı,- "Dərimi soymusansa, əlbəttə qan gələcək, nə gözləyirdin? Nə həssaslıq?! Candı bu!"- və bu da azmış kimi, üzərinə spirt vurur və daha da yandırır və otağı sizin səsiniz götürür. Hələ soyulmuş dəri ilə duş qəbul etmək və ya adicə su ilə əlinizi yumaq çox çətindir, incidir.



Ustalarımız profisionaldı

Əgər ustanın özünə yox, salona yazılmısınızsa, ehtiyyatlı olun. Salonda fərqli bilik və təcrübədə ustalar var, siz mütləq əl işini bildiyiniz ustaya yazılın. Məsələn, salonun instagram səhifəsinə daxil oldunuz və gözəl əl işləri gördünüz, o dəqiqə salona yazılmayın. Onlar sizə müştərisi az olan, xüsusilə təcrübəsiz ustaya yaza bilərlər ki (xüsusilə, endirim zamanı!), müştəri itirməsinlər. Əgər ustanı salon seçirsə, mütləq əl işlərini tələb edin. Səhifədə gördükləriniz digər ustaların əl işi ola bilər.



via GIPHY


Hələ heç içəriyə girməmişəm!

Ən çox deyilən dırnaq ustalarının yalanları deyəndə, bunu unutmaq olmaz! Qeyri-profisionaldı, amma bunu sizin dırnağınızın və barmaq quruluşunuzun üstünə atır və deyir ki, heç dırnağının içərisinə tam keçməmişəm, artıq qanayır. "Ay usta, artıq olan budu, ətimi kəsib, oraya gel vuracaqsan?!"


via GIPHY



Daha çox faydalı məsləhətlər üçün, məni izləyə bilərsiniz. Ən çox deyilən dırnaq ustaları yalanları içərisində, hələ ki, bunları eşitmişəm. Düzü, daha artıqlarını eşitmək yerinə dürüst insanların müştərisi olmağı seçirəm. Faydalı oldusa, məni digər sosial şəbəkə hesablarımda izləyə bilərsiniz:)