5 Şubat 2024 Pazartesi

Marilyn Monroe makyajının sirləri hissə 3

Əvvəlki 2 məqaləmdə Marilyn Monroe makyajının sirləri kimi üz və göz makyajından yazdım və bu məqaləmdə nəhayət o can alıcı hissə, dodaq makyajından yazacağam. Marilyn Monroe makyajının sirləri içərisində ən çox müəmmalı olan onun dodaq rəngi idi ki, bu gün o cür qırmızı dodağa necə çatmaq olar, onu öyrənəcəyik.

 

Marilyn Monroe makyajının sirləri

Marilyn Monroe makyajının sirləri və dodaq makyajı

Əvvəl elə bilirdim ki, Marilyn Monroe makyajında əsas can alıcı nöqtə gözlərdir, sonradan araşdırdıqca öyrəndim ki, dodaqlar imiş. Buna görə gözlər Marilyn Monroe makyajının sirləri hissə 2 - də də dediyim kimi, çox dramatik olmamalıdı, onun makyajında əsas dramatik olan məqam dodaqlardır.

 

Marilyn Monroe makyajında dodaqların önəmi

Deyilənə görə, Marilyn Monroe makyajı təqribən 3 saat çəkirmiş, çünki hər şey detalları ilə edilirdi. 


via GIPHY

 

Skrub istifadəsi

Onun dodaqlarında əsas vurğu dodaqlar olduğu üçün, onlar qüsursuz görünməlidir. Buna görə, rəng vurulmazdan öncə mütləq ölü hüceyrələr, quruluq və qabıqlanmadan qurtulmaq lazım idi ki, bunun üçün o dodaqlarını skrubla təmizləyirdi.

 

Rənglərin ahəngi

Marilyn Monroe makyajının sirləri burada başlayır, çünki onun dodaqlarında qırmızı rəngin 5 tonu istifadə olunurdu. Səbəb isə odur ki, birincisi, dodaqlar dolğun görünsün, ikincisi dodaqlara 3-fəzalı görünüş verilsin. 

 

Dodaqların boyanması

Onun ustası, ilk olaraq, onun dodaqlarını tünd dodaq karandaşı ilə konturlayır. Daha sonra növbəti rənglər açığa doğru bütün dodağı tam boyayanadək növbə ilə gəlir. Unutmayın, rənglər tünddən açığa doğru gəlir. Dodağın qıraqları, konturu tünd, ortası açıq rəng olur və düz 5 qırmızı rəng istifadə olunur. Hansı rənglərdir deyə bilmərəm, çünki onun istifadə etdiyi rənglər artıq satışda yoxdur, lakin siz sizə yaraşan qırmızı rənglərdən istifadə edərək, bu dodaqlara çata bilərsiniz.

 

Dodaq balzamı

Marilyn Monroe makyajının sirləri onun makya ustaları tərəfindən yayılsa da (bu, Marilyn Monroe-ya bir növ xəyanətdir), lakin onun istifadə etdiyi dodaq balzamının xüsusi tərkibi heç vaxt üzə çıxmayıb. 5 rəng vurulduqdan sonra, o dodaqlarının üstündən o balzamla keçirdi ki, bu da dodaqları dolğun, sulu, həcmli və sağlam göstərirdi. Siz də istəsəniz, istənilən dodaq balzamı, lip gloss (dodaq parladıcısı) ilə buna çata bilərsiniz.

 

Dodaq fırçası

O, heç vaxt dodaq boyasını və ya dodaq balzamını birbaşa dodağına vurmayıb. Marilyn Monroe makyajının sirləri içərisində dodaq fırçası (incə və kiçik uclu fırça) ilk sırada gəlir. O, bütün dodaq məhsullarını incə, dəqiq və səliqəli görünüş üçün fırça ilə dodağına vururdu.

 

via GIPHY

Ağ pudra

 Marilyn Monroe makyajının sirləri içərisində bunu deməmək olmaz. Onun ustası, alt dodağının ortasına bir az ağ pudra vururdu, sanki parıltı o qədər güclüdür ki, oraya işıq düşür.

 

Marilyn Monroe makyajının sirləri bunlardan ibarət idi. Ümid edirəm bəyəndiniz. Marilyn Monroe makyajının sirləri əslində tamamilə onun üz quruluşuna əsaslanıbdır. Sizdə, bu məqalədən örnək götürərək, öz sirli makyajınızı yarada bilərsiniz. Məni və məqalələrimizi sevdinizsə, məni sosial şəbəkələrdə izləməyi unutmayın :)

 


Hiç yorum yok:

Yorum Gönder