Marilyn Monroe öz dövrünün cəlbedici qadınlarından olub və hələ də cəlbedici qadınlar sırasında adı başda gəlir. Marilyn Monroe makyajının sirləri isə hələ də araşdırılır və mənim özüm üçün də hər zaman maraqlı olub. Bir az araşdırma etdikdən sonra Marilyn Monroe makyajının sirləri haqqında öyrəndim və sizinlə bölüşürəm.
Bu yazımda sizinlə necə Marilyn Monroe makyajı etmək olar, bənd-bənd bölüşürəm.
Dərini nəmləndir
Marilyn Monroe makyajının sirləri deyəndə ilk parlaq makyaj yada düşür. Marilyn Monroe-nun şəkillərinə baxdıqda bunu açıq görmək olur. Parlaq makyaj üçün ilk növbədə yaxşı nəmlənmiş, parlaq makyaj yada düşür.Tonal krem vur
Onun makyajı parlaq olduğu üçün Marilyn Monroe makyajının sirləri içərisində parlaq bitişli tonal kremi tətbiq etmək ilk növbədədir. Onun makyajı heç vaxt çox mat olmayıb.Qapatıcı vur
Gözaltı qaralıqların və ya dəri qızarıqlıqların varsa, qapatıcı (konsiler) mütləqdir.Aydınladıcı
Marilyn Monroe makyajının sirləri içərisində vazelini qeyd etməmək böyük səhv olar. O, vazelini hər zaman rutinində və makyajında geniş istifadə edib, lakin məsələ burasındadır ki, yağlı dərisi olan biri vazelini vursa, bir neçə saat sonra heç də xoş görüntü ortaya çıxmayacaq:) Odur ki, dərin qurudursa, vazelin, yağlıdırsa, aydınladıcı almacıq sümüklərinin üzərinə vurulmalıdır.Konturlama
Marilyn Monroe ürək üz quruluşuna malik olub və konturlamada onun makyaj ustası bu üz formasını daha da vurğulayıb, odur ki, siz də etməlisiniz. Əgər üzünüz ürək formasında deyilsə, üzünüzü konturlayanda, çalışın alnınız geniş, almacıq sümükləriniz yuxarıda, çənə hissəniz dar görünsün. ÖNƏMLİ QEYD: Əgər konturlama bilmirsinizsə, bu addımı keçin.Ənlik vurma
Onun makyajında ənliyi (rumyana) unutmaq olmaz! Marilyn Monroe makyajının sirləri içərisində parlaq mərcan rəngli ənliklər ön plandadı. Burda məqsəd, daha sağlam və qızılgülü xatırladan yanaqlara sahib olmaqdı.Sabitləmə
Dəriniz və ya T bölgəniz yağlıdırsa, transparan pudra ilə sabitləyin.Burun hiyləsi
Marilyn Monroe makyajının sirləri üçün bunu da vurğulamalıyıq ki, o burnunun qısa görünməyi üün həmişə ənliyini burnunun ucuna da vururdu.Marilyn Monroe makyajı əsl bir sənətdir və bu yazımda yalnız Marilyn Monroe makyajının sirləri hissə 1 kimi yalnız üz makyajını bölüşdüm. Növbəti məqaləmdə göz və dodaq makyajını hissə-hissə bölüşəcəyəm.
Hiç yorum yok:
Yorum Gönder