Səpgilər bir çox insanın həyatında çox bezdirici də olsa,
yer tutur. Bir çox insan elə bilir səpgilər yalnız yeniyetmə dövrü olur, lakin
şəxsən mənim 20-li yaşlarımda belə səpgilərim var idi. Üzümə spf və makyaj
edəndə həmişə üzüm səpirdi və elə bilirdim mənim dərimə məhsul düşmür,
səpgilərimin 90 faizi 2 etablı təmizlik etməməyimə görə imiş! Əslində, 2 etablı
təmizlik heç o vaxt məşhur da deyildi və öyrədib yönləndirən də olmamışdı. Elə
ətrafımdakı insanlar, misselyar suyu 2 etablı təmizlik yerinə istifadə
edirdilər.
Bəs 2 etablı təmizlik nədir?
Əsasında, bu cür təmizlikdə dəri 2 fərqli məhsulla 2 dəfə yuyulur. Bu 2 məhsuldan birincisi yağ əsaslı, ikincisi isə su əsaslı olur. Yağ əsaslı təmizliklə dəri, ilk öncə, yağ ilə masaj olunur, daha sonra su əsaslı təmizləyici ilə səri yuyulurşNiyə 2 etablı təmizlik edək?
Bir çox insan düşünür ki, bir dəfə üzümü misselyar su ilə yuyub günümə davam edərəm, nəyimə 2 dəfə yumaq lazımdır?! Əsas məsələ odur ki, sizin dəriniz keramik qab kimi səthi olan bir cisim deyil ki, bir dəfə onu siləsiniz təmizlənə! Siz dərinizə spf və ya makyaj etdikdə onlar dərinin ən dərin qatlarına hopur və siz misselyar suyu pambığa töküb üzünüzü siləndə, pambıq yalnız dərinin üst qatını təmizləyir. Beləliklə, dərin qatlarda çirk qaldığı üçün səpgi, qara nöqtələr, dəri altı səpgilər meydana gəlir.Mənbə: www.stanfordchildrens.org |
2 etablı təmizlik digər təmizlikdən nəyinə görə fərqlənir?
Digər növ təmizlik növlərində, dəri sadəcə bir dəfə silinir. Hətta, misselyar su ilə üzünü silib, yumayan belə var. 2 etablı təmizlik isə, birinci, makyaj və günəş kreminin tamam yağ ilə parçalanması, ağ nöqtələrin dəridən sökülməsi, məsamələrin dərindən təmizlənməsi üçün vacibdir. Su əsaslı üz yuma vasitələri isə, dəridə qala biləcək təmizləmə yağını, təri və qalan çirki dəridən götürür.Nə vaxt 2 etablı təmizlik edək?
Əgər üzünüzdə günəş kremi və makyaj varsa, mütləq edilməlidir. Əgər üzünüzdə adi baxım vasitələrindən (məsələn, maska, serum, nəmləndirici və s.) başqa heç nə yoxdursa, gərək yoxdur. Adi su əsaslı təmizləyici işi görəcək.2 etablı təmizlik nəyə faydalıdır?
Dərini dərindən təmizləyir- Ağ nöqtələri götürür
- Sızanaq əmələ gəlməsinə icazə vermir
- Dərini dərindən təmizlədiyi üçün məsamələr təmiz olur və buna görə, növbəti dəri qulluq vasitələri dəriyə daha yaxşı hopur
- Qara nöqtələri məhv edir
- Dərinin daha hamar olmasına kömək edir
- Dəri kələ-kötürlüyünü aradan qaldırır
Ümid edirəm, 2 etablı təmizlik haqqında məqaləmdən zövq aldınız. Həyatımda verdiyim ən doğru qərarlardan biri, 2 etablı təmizlik mövzusunda özümə sadiqliyimdir. Bu mövzuya boş baxmayın və dəyişimə bu gündən başlayın. Faydalı oldusa, rəfiqələrinizlə paylaşın:)
|
|
Hiç yorum yok:
Yorum Gönder