makyaj-sirləri etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
makyaj-sirləri etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

5 Şubat 2024 Pazartesi

Marilyn Monroe makyajının sirləri hissə 3

Şubat 05, 2024 0 Şərh

Əvvəlki 2 məqaləmdə Marilyn Monroe makyajının sirləri kimi üz və göz makyajından yazdım və bu məqaləmdə nəhayət o can alıcı hissə, dodaq makyajından yazacağam. Marilyn Monroe makyajının sirləri içərisində ən çox müəmmalı olan onun dodaq rəngi idi ki, bu gün o cür qırmızı dodağa necə çatmaq olar, onu öyrənəcəyik.

 

Marilyn Monroe makyajının sirləri

Marilyn Monroe makyajının sirləri və dodaq makyajı

Əvvəl elə bilirdim ki, Marilyn Monroe makyajında əsas can alıcı nöqtə gözlərdir, sonradan araşdırdıqca öyrəndim ki, dodaqlar imiş. Buna görə gözlər Marilyn Monroe makyajının sirləri hissə 2 - də də dediyim kimi, çox dramatik olmamalıdı, onun makyajında əsas dramatik olan məqam dodaqlardır.

 

Marilyn Monroe makyajında dodaqların önəmi

Deyilənə görə, Marilyn Monroe makyajı təqribən 3 saat çəkirmiş, çünki hər şey detalları ilə edilirdi. 


via GIPHY

 

Skrub istifadəsi

Onun dodaqlarında əsas vurğu dodaqlar olduğu üçün, onlar qüsursuz görünməlidir. Buna görə, rəng vurulmazdan öncə mütləq ölü hüceyrələr, quruluq və qabıqlanmadan qurtulmaq lazım idi ki, bunun üçün o dodaqlarını skrubla təmizləyirdi.

 

Rənglərin ahəngi

Marilyn Monroe makyajının sirləri burada başlayır, çünki onun dodaqlarında qırmızı rəngin 5 tonu istifadə olunurdu. Səbəb isə odur ki, birincisi, dodaqlar dolğun görünsün, ikincisi dodaqlara 3-fəzalı görünüş verilsin. 

 

Dodaqların boyanması

Onun ustası, ilk olaraq, onun dodaqlarını tünd dodaq karandaşı ilə konturlayır. Daha sonra növbəti rənglər açığa doğru bütün dodağı tam boyayanadək növbə ilə gəlir. Unutmayın, rənglər tünddən açığa doğru gəlir. Dodağın qıraqları, konturu tünd, ortası açıq rəng olur və düz 5 qırmızı rəng istifadə olunur. Hansı rənglərdir deyə bilmərəm, çünki onun istifadə etdiyi rənglər artıq satışda yoxdur, lakin siz sizə yaraşan qırmızı rənglərdən istifadə edərək, bu dodaqlara çata bilərsiniz.

 

Dodaq balzamı

Marilyn Monroe makyajının sirləri onun makya ustaları tərəfindən yayılsa da (bu, Marilyn Monroe-ya bir növ xəyanətdir), lakin onun istifadə etdiyi dodaq balzamının xüsusi tərkibi heç vaxt üzə çıxmayıb. 5 rəng vurulduqdan sonra, o dodaqlarının üstündən o balzamla keçirdi ki, bu da dodaqları dolğun, sulu, həcmli və sağlam göstərirdi. Siz də istəsəniz, istənilən dodaq balzamı, lip gloss (dodaq parladıcısı) ilə buna çata bilərsiniz.

 

Dodaq fırçası

O, heç vaxt dodaq boyasını və ya dodaq balzamını birbaşa dodağına vurmayıb. Marilyn Monroe makyajının sirləri içərisində dodaq fırçası (incə və kiçik uclu fırça) ilk sırada gəlir. O, bütün dodaq məhsullarını incə, dəqiq və səliqəli görünüş üçün fırça ilə dodağına vururdu.

 

via GIPHY

Ağ pudra

 Marilyn Monroe makyajının sirləri içərisində bunu deməmək olmaz. Onun ustası, alt dodağının ortasına bir az ağ pudra vururdu, sanki parıltı o qədər güclüdür ki, oraya işıq düşür.

 

Marilyn Monroe makyajının sirləri bunlardan ibarət idi. Ümid edirəm bəyəndiniz. Marilyn Monroe makyajının sirləri əslində tamamilə onun üz quruluşuna əsaslanıbdır. Sizdə, bu məqalədən örnək götürərək, öz sirli makyajınızı yarada bilərsiniz. Məni və məqalələrimizi sevdinizsə, məni sosial şəbəkələrdə izləməyi unutmayın :)

 


Marilyn Monroe makyajının sirləri hissə 2

Şubat 05, 2024 0 Şərh

Əvvəlki məqaləmdə (Marilyn Monroe makyajının sirləri hissə 1) Marilyn Monroe üz makyajının sirlərini sizlərlə bölüşdüm. Onun makyajında o qədər detal var idi ki, düşündüm bir məqaləyə hamısını yazsam, çox uzanar və sıxıcı olar. Bu məqaləmdə Marilyn Monroe makyajının sirləri hissə 2 kimi onun göz makyajından yazacağam.

 

Marilyn Monroe makyajının sirləri

Marilyn Monroe makyajının sirləri və göz makyajı

Onun göz makyajı makyaj ustası tərəfindən çox detallı işlənmişdir və bənd-bənd gedərək, o cür makyajı necə əldə edə bilərik sizə izah edəcəyəm.

 

Göz qapaqları

Marilyn Monroe makyajının sirləri deyəndə parlaq göz qapağı yada düşür. Onun göz qapaqlarında mütləq parlaq ağ rəngdə göz kölgəsi olurdu. Beləliklə, onun parlaq makyajı ilə parlaq göz kölgəsi harmoniya təşkil edəcəkdi. Bildirilir ki, o hətta göz qapaqlarına daha parlaq görünməsi üçün vazelin və ya kokos yağı tətbiq edirdi, lakin çox vurmaq olmaz ki, kölgə dağılmasın.


Bundan əlavə, gözlərinə dərinlik qatmaq üçün gözünün açılıb-bağlanan hissəsinə qəhvəyi rəngdə çox yüngül formada kölgə vururdu.

 

Layner texnikası


Marilyn Monroe 3 növ layner istifadə edirdi və bütün laynerləri karandaş idi və bu onun Marilyn Monroe makyajının sirləri içərisində populyardı. Qəhvəyi rəng layneri kirpiklərinin üstünə (göz qapağının ortası), qara rəng layneri göz qapağının xaricinə (laynerin quyruğu kimi) ustası tətbiq edirdi. O gözünün içərisinə içə ağ karandaş vururdu ki, gözləri daha böyük görünsün.


 

Ağ üçbucaq

Marilyn Monroe makyajının sirləri üçün bunu deməmək olmaz. Onun ustası həmişə gözünün xaricinə (laynerin altından) ağ karandaş ilə üçbucaq çəkirdi. Bununla, gözün daha böyük olduğu illuziyası yaranırdı. Çəkəndə üçbucağı kiçik çəkin, gözün xarici ucundan yuxarı və aşağı iki xətt çəkin və daha sonra 1 perpendikulyar xətlə onları birləşdirin.

 

Kirpik kölgəsi

Sanki kirpiklərinin kölgəsi varmış kimi effekt yaratmaq üçün, onun ustası qəhvəyi rəngdə göz karandaşını gözünün altına ortadan başlayar çöldən vurur və kirpik hissə başlayanda aşağıya doğru quyruq çəkir (sanki tərs göz layneri) vəə beləliklə, sanki, kirpiklərinin kölgəsi gözünün aşağısına düşür.

 

Qaşlar

Şəkillərdə də gördüyünüz kimi, Marilyn Monroe iti yuxarı qaşlara malik olub, bu onun Marilyn Monroe makyajının sirləri içərisindədir. Yəni, qaşlarınızı darayın və qaşlarınıza da iti forma verin. Təbii görünüş üçün fırça və karandaşdan istifadə edin.

 

Kirpiklər

Onun makyaj ustası, saxta kirpikdən istifadə edirdi, lakin təbii görünüş üçün çalışırdı. O, saxta kirpikləri iki yerə bölüb kəsir və onları gözün xaricinə doğru yapışdırırdı ki, təbii görünüş əldə etsin. İndiki zamanda, saxta kirpiklər hər yerdə var və sizdə belə edə bilərsiniz və ya gözlərinizin xarici tək-tək yapışdıra bilərsiniz.

 

Maskara (tuş)

Saxta kirpikləri yapıdırdıqdan sonra yüngül toxunuşlarla maskara vurun, lakin həddi aşmayın, çünki onun makyajında əəsas ağırlıq dodaqlardadır, gözlərdə yox!

 

Marilyn Monroe makyajının sirləri içində göz makyajı, onun seksi və yuxulu görünüş yaratması üçün  hazırlanıb.Marilyn Monroe makyajının sirləri üçün bu məqalədə göz makyajından yazdım, növbəti məqalə üçün dodaq makyajı olacaq. Ümid edirəm, bəyəndiniz. Faydalı oldusa, məni sosial şəbəkələrdə eyni adla (Aytacla Parla) izləyə və bu məqaləni rəfiqələrinizlə paylaşa bilərsiniz:)

2 Şubat 2024 Cuma

Marilyn Monroe makyajının sirləri hissə 1

Şubat 02, 2024 0 Şərh
Marilyn Monroe öz dövrünün cəlbedici qadınlarından olub və hələ də cəlbedici qadınlar sırasında adı başda gəlir. Marilyn Monroe makyajının sirləri isə hələ də araşdırılır və mənim özüm üçün də hər zaman maraqlı olub. Bir az araşdırma etdikdən sonra Marilyn Monroe makyajının sirləri haqqında öyrəndim və sizinlə bölüşürəm.
Marilyn Monroe makyajının sirləri


Marilyn Monroe makyajının sirləri


Bu yazımda sizinlə necə Marilyn Monroe makyajı etmək olar, bənd-bənd bölüşürəm.

Dərini nəmləndir

Marilyn Monroe makyajının sirləri deyəndə ilk parlaq makyaj yada düşür. Marilyn Monroe-nun şəkillərinə baxdıqda bunu açıq görmək olur. Parlaq makyaj üçün ilk növbədə yaxşı nəmlənmiş, parlaq makyaj yada düşür.

Tonal krem vur

Onun makyajı parlaq olduğu üçün Marilyn Monroe makyajının sirləri içərisində parlaq bitişli tonal kremi tətbiq etmək ilk növbədədir. Onun makyajı heç vaxt çox mat olmayıb.

Qapatıcı vur

Gözaltı qaralıqların və ya dəri qızarıqlıqların varsa, qapatıcı (konsiler) mütləqdir. 


Aydınladıcı

Marilyn Monroe makyajının sirləri içərisində vazelini qeyd etməmək böyük səhv olar. O, vazelini hər zaman rutinində və makyajında geniş istifadə edib, lakin məsələ burasındadır ki, yağlı dərisi olan biri vazelini vursa, bir neçə saat sonra heç də xoş görüntü ortaya çıxmayacaq:) Odur ki, dərin qurudursa, vazelin, yağlıdırsa, aydınladıcı almacıq sümüklərinin üzərinə vurulmalıdır.

Konturlama

Marilyn Monroe ürək üz quruluşuna malik olub və konturlamada onun makyaj ustası bu üz formasını daha da vurğulayıb, odur ki, siz də etməlisiniz. Əgər üzünüz ürək formasında deyilsə, üzünüzü konturlayanda, çalışın alnınız geniş, almacıq sümükləriniz yuxarıda, çənə hissəniz dar görünsün. ÖNƏMLİ QEYD: Əgər konturlama bilmirsinizsə, bu addımı keçin.

Ənlik vurma

Onun makyajında ənliyi (rumyana) unutmaq olmaz! Marilyn Monroe makyajının sirləri içərisində parlaq mərcan rəngli ənliklər ön plandadı. Burda məqsəd, daha sağlam və qızılgülü xatırladan yanaqlara sahib olmaqdı.

Sabitləmə

Dəriniz və ya T bölgəniz yağlıdırsa, transparan pudra ilə sabitləyin.

Burun hiyləsi

Marilyn Monroe makyajının sirləri üçün bunu da vurğulamalıyıq ki, o burnunun qısa görünməyi üün həmişə ənliyini burnunun ucuna da vururdu.


Marilyn Monroe makyajı əsl bir sənətdir və bu yazımda yalnız Marilyn Monroe makyajının sirləri hissə 1 kimi yalnız üz makyajını bölüşdüm. Növbəti məqaləmdə göz və dodaq makyajını hissə-hissə bölüşəcəyəm.