dəb etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
dəb etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

28 Şubat 2024 Çarşamba

Geyinməyə heç nəyim yoxdu deyirsənsə...

Şubat 28, 2024 0 Şərh


Əgər dünya qədər paltar alırsansa və hələ də geyinməyə heç nəyim yoxdu deyirsənsə, bu məqalə sənin üçündü. Bəs, heç düşünmüsünüz, niyə hər dəfə geyinməyə heç nəyim yoxdu deyə düşünürsünüz? Hər ay paltarlara nə qədər pul tökürsünüz, lakin geyinməyə heç nəyim yoxdu düşüncəsi bizdən əl çəkmir. Bu maqələdə bu problemlə niyə qarşılaşırıq haqqında yazacağam.
Geyinməyə heç nəyim yoxdu deyirsənsə


Niyə geyinməyə heç nəyim yoxdu?


1. Ancaq sürətlə dəyişən dəb ilə geyinirsən. Hazırda nə dəbdədi, ancaq onu alıb geyinirsən. Məsələn, ancaq crop toplar dəbdədir, onu alırsan, ancaq geniş kəsimli pencəklər dəbdədir, onları seçirsən və s. Bütün bunlar geyinməyə heç nəyim yoxdu probleminə gətirib çıxarır.
Tövsiyyə: Hansısa paltarı bəyənəndə, düşünün bunu 6 ay sonra da geyinə biləcəyəmmi? Bu düşünmədən etdiyiniz alış-verişi yavaşladacaq. Əgər paltar sifariş edirsinizsə, paltarları 2 gün səbətdə saxlayın, əgər onları hələ də 2 gün sonra istəyirsinizsə, o zaman alın.

2. Klassik geyimlərdən sadə, bəyəndiyiniz paltarlara investisiya edin. Klassik geyimlər zamansız paltarlardır, onları bu gün də geyinə bilərsiniz, 5 il sonra da. İstənilən vəziyyətdə (xüsusi gün və ya adi gün üçün) klassik geyimlər sizi qurtara bilər. Hətta dəbli geyimlərinizi klassik geyimlərinizlə də birləşdirə bilərsiniz ki, geyinməyə heç nəyim yoxdu tamam itəcək.

via GIPHY


3. Keyfiyyətsiz məhsullar almaq başqa bir səbəbdir ki, geyinməyə heç nəyim yoxdu deyirsiniz. Tez gedib ucuz görünən, 2 dəfə yuyulanda dağılacaq məhsul almaq yerinə pul yığın və daha keyfiyyətli məhsullar alın ki, ömürləri uzun olsun.

4. Bəzi insanlar var ki, düşünür paltarı çox geyinəndə gözündən düşür. Ona görə dayanmadan çox paltar alır və yenə geyinməyə heç nəyim yoxdu deyir. Bu cür düşünən xanım və bəylərə tövsiyyəm odur ki, paltarlarınızı bir müddət geyinin, daha sonra bir kənara yığışdırın, digər paltarları geyinin, daha sonra geyindiklərinizi yığışdırın, qırağa qoyduqlarınızı geyinin və bu cür davamlılıqla həm maddi, həm mənəvi daha rahat olacaqsınız.

5. Sadə paltarlarınız yoxdur. Üstü ancaq şəkilli, qaşlı və s. paltarlarınız var ki, harasa gedəndə onları necə geyinəcəyinizi bilmirsiniz. Məsələn, sadə bir ağ köynəyiniz olsa, o sizi istənilən vəziyyətdə qurtara bilər. Çox sevdiyiniz sadə bir cins şalvarı istənilən tərzdə (həm çox dəbdəbəli köynəklə xüsusi yerə, adi bir köynəklə günlük kombində) istifadə edə bilərsiniz.

6. Geyinmədiyiniz paltarları saxlayırsınız. Bəlkə də sizdə xatirəsi var və ya başqa bir səbəb, lakin onlardan qurtulmalısınız, həm artıq yer və enerji tuturlar, həm də təcili vaxtlarda o qədər paltar içində seçim etmək də çətin olur.

7. Gələcək üçün paltarlar almaq. Arıqlayanda geyinəcəyəm, kökələndə geyinəyəcəm və beləliklə o qədər pul xərcləyirsiniz ki, hazırda geyinməyə paltar almaq üçün pul qalmır. Unutmayın, paltarlar geyinilmək üçündü, saxlanmaq üçün deyil.

Geyinməyə heç nəyim yoxdu problemi ümid edirəm, bu məqalə ilə son tapacaq. Mən xüsusilə sadə paltarlara investisiya etməklə, nəhayət, bu düşüncələrdən qurtuldum. Nəhayətində, "az çoxdur" və "sadəlik özündə gözəllik və eleqantlıq daşıyır". 

24 Ocak 2024 Çarşamba

2024-cü ilin dəbi (Hissə 1)

Ocak 24, 2024 0 Şərh
Hər kəs dəblə ayaqlaşmaq istəyər (ən azından bir çoxumuz 😅) və ya klassik və zamansız geyimlərinizə ilin trendlərindən nəsə əlavə etmək maraqlı olar. Məhz buna görə, 2024-cü ilin dəbi haqqında bu məqalədə yer verəcəyəm. 2024-cü ilin dəbi uzun olduğu üçün bu hissə 1-dir.

2024-cü ilin dəbi



2024-cü ilin dəbi necədir?

Ümumi götürsək, 2024-də daha çox romantik tərzdə geyimlər, parıltılı geyimlər və aksesuarlar, sadəlik və 80-90-cı illərin tərzinə uyğun geyimlər dəbdə olacaq. Gəlin ətraflı baxaq.


Romantik tərz


Əvvəlki illərdən məşhurlaşan bantiklər, bu il daha çox dəbdə olacaq. Paltarların üstündə bantiklərə əlavə olaraq, saysız-hesabsız güllər,lentlər,qat-qat dalğalı kəsimlər görəcəyik ki, 2024 dəbi daha çox qadınsı geyimlərin ön planda olduğunu deyir. 

2024-cü ilin dəbi

For Love & Lemons Jillian Minidress

 

2024-cü ilin dəbi
Reformation Shaye Knit Top



Parlaq materialda diskli paltar və aksesuarlar


Paltarların, çantaların üzərində parlaq rəngli disklər bu ilin dəbindədir. Bu materialdan olan paltar və aksesuarları geyinmək çətin görünə bilər.


2024-cü ilin dəbi
WWD/GETTY IMAGES Carolina Herrera
2024-cü ilin dəbi
JW Pei Eva Handbag


Məktəbə hazırlıq


Miu Miu markasının yaz şousundan sonra, bir çox digər brend də preppi, atletik stil axımına qoşuldu. 2024-cü ilin dəbi rahat, üst-üstə geyinilmiş uzun qol köynəklər, akademik blazerlər, sandallarla çox həyəcanlı olacaq!

2024-cü ilin dəbi
Estrop/Getty Images Miu Miu
2024-cü ilin dəbi
Madewell Striped Rugby Polo Shirt

 

80-90-cı illərə qayıdış

Bu ildən etibarən 80-90-cı illərin sakit lyüksünə geri dönüş var! Kim ki, çox sadə və şık tərzdə geyinib, onun geyimləri böyük ilham mənbəyi olacaq.

2024-cü ilin dəbi
Gap Modern Jewel-Button Rib T-Shirt

 
2024-cü ilin dəbi
Abercrombie & Fitch High-Rise 90s Relaxed Jeans




2024-cü ilin dəbi ümid edirəm ürəyinizcə oldu. Növbəti məqaləmdə digər nüansları sizinlə bölüşəcəyəm. Dəbdən əlavə, hər zaman füsunkar ətir saçmanız üçün, sizinlə ən çox alınan qadın ətirlərini paylaşıram. Bu məqalə sizə faydalı oldusa, paylaşmağı unutmayın😍
 
Dəri tipini bilmirsənsə:  "Dəri tipimi necə bilim?" 
Dəri qulluğuna başlamayanlar üçün: "Dəri qulluğuna başlamaq üçün 5 səbəb"