Heç olubmu ki, maaşınızı alasınız, amma pulun gəlməyi
ilə getməyi bir olsun? :D Bu mütləq hər birimizin başına gəlib. Təəssüf ki,
artıq işlər pisləşdiqdə oturub fikirləşirik kimə, nəyə və hara nə qədər pul xərcləmişik.
Şəxsi büdcə anlayışı tam da bu nöqtədə ortama giriş edir. Şəxsi büdcə bizə yol
göstərir və növbəti qərarlarımızı planlamada müəllim rolunda çıxış edir.
Şəxsi büdcə nədir?
Şəxsi büdcə, hər bir
kəsin bilməli olduğu və hətta uşaqlıqdan öyrədilməli olduğu təməl pul idarə
etmək yoludur. Şəxsin maddi savadını təmsil edir və effektiv pul idarəsi və
maddi planlama üçün istifadə olunur. Sadə sözlə desək, şəxsi büdcə sizə gələn
və sizdən gedən pul axışını təmsil edir. İnsan şəxsi büdcə ilə ona gələn və
ondan çıxan pulu izləyə bilir və beləliklə, öz maddi hədəflərinə çata bilir,
çünki şəxsi büdcə yeri gələndə ona pul yığmağa, pul xərcləmə zamanı yer
dəyişməyə imkan yaradır.
Şəxsi büdcə qurmağın digər bir faydalı cəhəti də
odur ki, siz sizə gələn və gedən pulları izləyərək nəyə daha çox pul
xərclədiyinizi, ehtiyaclarınızamı ya istəklərinizəmi pul israf etdiyinizi bilə
bilirsiniz. Beləliklə, onları azalda, pul xərclərinizi doğru yönəltməklə
pulunuzun idarəsini öz üzərinizə götürürsünüz.
Beləliklə, şəxsi büdcə nədir öyrəndik. Tövsiyyəm
odur ki, bir dəftər götürüb hər zaman pullarınızın idarəsini öz üzərinizə
götürün. Beləliklə, bu daha rahat bir həyata sizi götürəcək, şəxsi büdcə ilə
pul sizi yox, siz pulu idarə edəcəksiniz. Faydalı oldusa, sosial şəbəkələrdə də
(Aytacla Parla) məni izləyə bilərsiniz.