dəri-qulluğu etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
dəri-qulluğu etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

5 Mart 2024 Salı

Miselyar su nədir?

Mart 05, 2024 0 Şərh

Miselyar su uzun illərdir xanımlar tərəfindən istifadə olunan təmizləyici vasitədir və böyük bir kütlə tərəfindən sevilir. İstifadəsi də çox rahatdır və pambığa tökülərək istifadə olunur. Miselyar su real su kimi hiss etdirir və hətta bəzi insanlar ancaq onunla dərisini təmizləyir və sonda su ilə belə üzlərinə vurmurlar. Bəs həqiqətən bu qədər mi? Real da miselyar su nədir?

Miselyar su nədir


Miselyar su nədir?

Gecə yatmazdan öncə üzdəki makyajı təmizləmək üçündür və o, misellərdən (kiçik molekullar) ibarətdir. Misellər birlikdə gruplaşır və makyaj, çirk və yağı özünə çəkərək təmizlik edirlər. Daha dərininə getsək, miselyar su distillə edilmiş su, gliserin kimi nəmləndirən ingredientlər və aşağı faizli sürfaktantlardan ibarətdir. Sürfaktantlar dəridəki yağ və çirki parçalamaq üçündür. Onların molekulları bir yerə yığılaraq misellər əmələ gətirirlər və çirk sevdiklərindən makyajın ətrafına yığılır, onu parçalayır və dəridən yox edirlər.


Miselyar su necə yarandı?


Miselyar su 1900-cu illərin əvvəli fransız qadınlar tərəfindən məşhurlaşdırıldı. Santexnika Fransada hər yerdə mümkün olmadığından (su çirkablı olduğu üçün), su qadınların dərisində sərt hiss etdirirdi. Bu cür su ilə dərini yumaq dərini qızarda, ekzema, dermatit, rosacea kimi problemləri gücləndirə, səpgiləri artıra bilirdi. Buna görə miselyar su suya alternativ kimi istifadə olunmağa başladı. Ondan sonra xüsusilə makyaj ustaları podyumda modelləri makyaj etmək və lazım olduqda tez makyajı təmizləyib, yeni növ makyaj istifadə etmək üçün miselyar su istifadəsinə başladılar.


Bir zaman mən də çox geniş miselyar su istifadə etmişəm. Qızlar, əgər misselyar suyu sevirsinizsə, çalışın miselyar su alanda keyfiyyətli olanı alın ki, dərinizə baxım edərək təmizləsin. Mən, düzü, miselyar su fanatı deyiləm və iki etablı təmizlik mənim üçün daha idealdı, amma kim miselyar su sevirsə, ən keyfiyyətlisini istifadə etməlidir deyə düşünürəm.
 
Miselyar su nədir sualına bu məqaləmdə cavab tapdıq. Ümid edirəm, faydalı oldu. Daha çox faydalı məlumat üçün məni sosial şəbəkələrdə izləyə bilərsiniz.

 


9 Şubat 2024 Cuma

Səpgilərimin 90 faizi buna görə imiş (ilk qara nöqtələrim getdi!)

Şubat 09, 2024 0 Şərh

Səpgilər bir çox insanın həyatında çox bezdirici də olsa, yer tutur. Bir çox insan elə bilir səpgilər yalnız yeniyetmə dövrü olur, lakin şəxsən mənim 20-li yaşlarımda belə səpgilərim var idi. Üzümə spf və makyaj edəndə həmişə üzüm səpirdi və elə bilirdim mənim dərimə məhsul düşmür, səpgilərimin 90 faizi 2 etablı təmizlik etməməyimə görə imiş! Əslində, 2 etablı təmizlik heç o vaxt məşhur da deyildi və öyrədib yönləndirən də olmamışdı. Elə ətrafımdakı insanlar, misselyar suyu 2 etablı təmizlik yerinə istifadə edirdilər.
2 etablı təmizlik


 

Bəs 2 etablı təmizlik nədir?

Əsasında, bu cür təmizlikdə dəri 2 fərqli məhsulla 2 dəfə yuyulur. Bu 2 məhsuldan birincisi yağ əsaslı, ikincisi isə su əsaslı olur. Yağ əsaslı təmizliklə dəri, ilk öncə, yağ ilə masaj olunur, daha sonra su əsaslı təmizləyici ilə səri yuyulurş
 

Niyə 2 etablı təmizlik edək?

Bir çox insan düşünür ki, bir dəfə üzümü misselyar su ilə yuyub günümə davam edərəm, nəyimə 2 dəfə yumaq lazımdır?! Əsas məsələ odur ki, sizin dəriniz keramik qab kimi səthi olan bir cisim deyil ki, bir dəfə onu siləsiniz təmizlənə! Siz dərinizə spf və ya makyaj etdikdə onlar dərinin ən dərin qatlarına hopur və siz misselyar suyu pambığa töküb üzünüzü siləndə, pambıq yalnız dərinin üst qatını təmizləyir. Beləliklə, dərin qatlarda çirk qaldığı üçün səpgi, qara nöqtələr, dəri altı səpgilər meydana gəlir. 
2 etablı təmizlik
Mənbə: www.stanfordchildrens.org
 

2 etablı təmizlik digər təmizlikdən nəyinə görə fərqlənir?

Digər növ təmizlik növlərində, dəri sadəcə bir dəfə silinir. Hətta, misselyar su ilə üzünü silib, yumayan belə var. 2 etablı təmizlik isə, birinci, makyaj və günəş kreminin tamam yağ ilə parçalanması, ağ nöqtələrin dəridən sökülməsi, məsamələrin dərindən təmizlənməsi üçün vacibdir. Su əsaslı üz yuma vasitələri isə, dəridə qala biləcək təmizləmə yağını, təri və qalan çirki dəridən götürür.
 

Nə vaxt 2 etablı təmizlik edək?

Əgər üzünüzdə günəş kremi və makyaj varsa, mütləq edilməlidir. Əgər üzünüzdə adi baxım vasitələrindən (məsələn, maska, serum, nəmləndirici və s.) başqa heç nə yoxdursa, gərək yoxdur. Adi su əsaslı təmizləyici işi görəcək.
 

2 etablı təmizlik nəyə faydalıdır?

Dərini dərindən təmizləyir
  1. Ağ nöqtələri götürür
  2. Sızanaq əmələ gəlməsinə icazə vermir
  3. Dərini dərindən təmizlədiyi üçün məsamələr təmiz olur və buna görə, növbəti dəri qulluq vasitələri dəriyə daha yaxşı hopur
  4. Qara nöqtələri məhv edir
  5. Dərinin daha hamar olmasına kömək edir
  6. Dəri kələ-kötürlüyünü aradan qaldırır
 
Ümid edirəm, 2 etablı təmizlik haqqında məqaləmdən zövq aldınız. Həyatımda verdiyim ən doğru qərarlardan biri, 2 etablı təmizlik mövzusunda özümə sadiqliyimdir. Bu mövzuya boş baxmayın və dəyişimə bu gündən başlayın. Faydalı oldusa, rəfiqələrinizlə paylaşın:)


 

Dəriyə qulluqda edilən 6 səhv

Şubat 09, 2024 0 Şərh
Dəriyə qulluq etsəniz də, etməsəniz də, əminəm ki, bu səhvlərdən birini edirsiniz, çünki mən də hamısını etmişəm :) O vaxt dərim çox bərbad vəziyyətdə idi və səbəblərini öyrənib düzəlişlər etdikdən sonra indi ətrafımdakılar dərilərinin mənimki kimi olmağını arzulayır. Sizinlə bu məqaləmdə dəriyə qulluqda edilən 6 səhv haqqında danışacağam. Beləliklə, siz də bu səhvlərdən qurtulub dərinizi daha da gözəlləşdirə bilərsiniz.

Dəriyə qulluqda edilən 6 səhv




Dəriyə qulluqda edilən 6 səhv
 
 

Günəş kremi vurmamaq


Bütün elmi araşdırmalar sübut edib ki, sağlam, ləkəsiz və qırışsız dəriyə sahib olmaq üçün ilk növbədə dərimizi günəşin zərərli şüalarından qorumalıyıq. Odur ki, hər gün yay, qış demədən günəş kreminizi hər gün vurun.


Sızanaqları sıxmaq


Sızanaqlarınızı sıxmaq nəinki onların artmağına, eyni zamanda dırnaq izlərinizin dərinizə düşməsinə, o sızanaqların dərinizdə qalmasına və çapıqlara səbəb ola bilər.
 


Həddindən çox pilinq etmək


Pilinq ölü hüceyrələrdən dərini azad etsə də, çox istifadə dərinizin qızarmasına, sızanaqların artmasına dəri həssaslığına və dəri mane qatının zəifləməsinə səbəb ola bilər. 


Dəri tipini nəzərə almamaq


Dəri tipinizi önəmsəmədən dəriyə qulluqda edilən 10 səhv içərisində önəmli yer tutur. Gözəl və sağlam dəri üçün birinci dərinizi tanımalısınız ki, bunun üçün blogumda "Dəri tipimi necə bilim?" adlı postum var, onu oxuya bilərsiniz.


Makyajla yatmaq


Gün sonunda makyajı təmizləmək nə qədər ağır hiss etdirsə də, qızlar makyajınızı təmizləyin. Təmizlənməmiş dəri, erkən qocalmaya və səpgilərə meyilli olur.
 

Vaxtı keçmiş məhsullar


İçində nə qədər qalsa da, onları atın, çünki artıq onlar effektini etiribdi. Məhsulun hansı vaxta qədər effekti olduğunu onu istehsal edən qutusuna yazıb, ondan artıq istifadə sizə kömək etməyəcək və hətta çürüməkdə olan tərkib sizin dərinizə zərər verə bilər.
Sizinlə dəriyə qulluqda edilən 6 səhv haqqında danışdım. Bu səhvlər ən çox edilənlər içərisindədir və insanlar bilsə də, onları təkrarlayır. Gəlin dərimizin qeydinə qalaq. Bəyəndinizsə, bu məqaləni dostlarınızla paylaşa bilərsiniz :)
 

25 Ocak 2024 Perşembe

Dəri qulluğuna başlamaq üçün 5 səbəb

Ocak 25, 2024 0 Şərh



Çox vaxt dəri qulluğuna başlamaq lazımsız gəlir, çünki artıq elə bir dövrdür ki, yaxşı örtücü bir tonal krem ilə baxımlı görünmək mümkündür. Lakin əsas sual yaranır: Hara qədər?! Bu məqalədə dəri qulluğuna başlamaq üçün səbəblərdən danışacağıq.



Dəri qulluğuna başlamaq üçün 5 səbəb


Sağlamlıq


Deyirlər ki, var-dövlət ikinci, sağlamlıq isə birinci sərvətdi... Canın sağlam olmayandan sonra heç nədən zövq ala bilməzsən. Sağlam dəri təkcə üz gözəlliyi deyil, bütün bədənin qayğısına qalmaqdır. Axı bədənimiz ən böyük orqanımızdır və həyatımız boyunca bizimlədi... Paltar da geyinsən, dərin üzdədir. Sağlam dəri sağlam bədənin bir parçasıdı. Nəmlənməyən, çatlamış, quru dəri qıcıqlanmaya, infeksiyaya, qızartı, qaşıntı və səpgilərə açıqdı. Günəş kremi vurulmayan dəri qırışlara, erkən qocalmaya, ləkələrə və ən əsası DƏRİ XƏRÇƏNGinə açıqdı. Gəlin dəri qulluğuna başlamaq üçün bir addım ataq!


Dəri qulluğuna başlamaq

Özgüvən


Sağlam dəri özü ilə birlikdə özgüvən gətirir. Nə vaxta qədər dərisi parlaq və sağlam insanlara baxıb həsəd aparmaq olar?! Və nə vaxta qədər dəridəki problemlərə görə utanıb, sıxılmaq olar?! Hətta qarşı tərəf səpginə baxmasa da, daxilində "100 faiz sivilcəmə zillənib" hislərini keçirib pis olmaq olar?!


Dəri qulluğuna başlamaq

Ən örtücü tonal


Dəri problemləri olan insanlar, adətən, kosmetika və baxım mağazalarına daxil olan kimi "Mənə ƏN ÖRÜTÜCÜ TONAL hansıdısa, onu verin" deyir. Məsələ burasındadır ki, necə ki, sütunları nasaz olan binanın üstünü bəzəsən də, o əvvəl-axır yıxılacaq, dəri də belədir. Ya tonal pütür-pütür, qabıq-qabıq görünür, ya da sanki kələ-kötür divara oboy vurulmuş kimi nahamar... Bilirəm, bir az ağır oldu, amma ingilislər demiş "It is what it is". Biri artıq bunları deməli idi.


Dəri qulluğuna başlamaq

Qırışlanma


Baxımsız dəri erkən qırışlanır. Təəssüf ki, ən bahalı tonal kremlər belə qırışlara dolduğu üçün dəri ürək açan görünmür (xüsusilə, göz ətrafı ən az 10 il qoca göstərir). Buna görə, adətən, dərisi qırışlı xanımlar makyaj etməkdən qaçır, çünki makyajsız daha cavan görünür, lakin bu zaman da dəridəki ləkələr ondan əl çəkmir...

Dəri qulluğuna başlamaq



Özünə sevgi


Özünə qayğı, insanın özünə qarşı sevgisinin ən böyük təcəssümüdü. Özünü sev, beləliklə özünə qayğı göstər. Səhər yuxudan durub saçını daramadığını düşün. Səni əmin edirəm, 2 saat sonra özünü güzgüdə görsən, nə qədər baxımsız, bəlkə də nə qədər çirkin göründüyünü, həyatdan küsmüş olduğunu düşünəcəksən. Düşün ki, dərin belədir və hər gün güzgüdə dəfələrlə özünə baxıb belə düşünürsən, dolayı yolla özünü sevmirsən.


Dəri qulluğuna başlamaq

Utanma hissi


Bonus 6-cı səbəb! Düşün ki, bir gün makyaj etməyə vaxtın olmadı və qəfil evdən çıxdın. Həmin gün hər dəqiqə düşünəcəksən, "Tez evə qayıtsaydım..." Bir iş yoldaşım mənim makyaj etmədən gəzdiyimi görüb, "Mən makyajsız çölə çıxmağa utanaram" deyib güzgüdə özünə narazı baxmışdı deyə bir xatirəm var. Və ya... düşünürəm, xüsusilə, yeni evli qızlar bunu daha çox problem edə bilər, çünki hər zaman onları makyajlı görmüş nişanlıları qarşısında tamamilə makyajsız olmaq onları narahat edə bilər (səbəbini artıq bilirsiniz).


Dəri qulluğuna başlamaq


Bu səbəblərə görə, çiçəklərim, özünüzü sevin, qayğı göstərin, bütün ömrünüz boyu sizlə olacaq təbii paltarınız olan dərinizin qeydinə qalın. Dəri qulluğuna başlamaq üçün heç vaxt gec deyil. İlk addım olaraq, dəri qulluğuna başlamaq üçün "Dəri tipimi necə bilim ?" məqaləmi oxuya bilərsiniz. Bu məqalə sizin üçün faydalı oldusa, paylaşmağı unutmayın:)

 

24 Ocak 2024 Çarşamba

Cosrx Centella Water Alcohol-Free Toner haqqında rəylərim

Ocak 24, 2024 0 Şərh
Bu məqaləmdə sizə istifadə edib bitirdiyim Cosrx Centella Water Alcohol-Free Toner haqqında rəylərim nədir sizlə bölüşəcəyəm.


Cosrx Centella Water Alcohol-Free Toner



Ümumiyyətlə, Cosrx Centella Water Alcohol-Free Toner illərin məhşur toneridir və bütün veb saytlarda həmişə yüksək qiymətləndirilib və haqqında pozitiv rəylər yazılıb.



Cosrx Centella Water Alcohol-Free Toner nə üçündür?

  1. Dərini sakitləşdirir
  2. Dərini nəmləndirir
  3. Dərini rahatladır
  4. Qızartıları götürür
  5. Dərini minerallarla qidalandırır


Gəlin, bu tonerin tərkibini araşdıraq.


Cosrx Centella Water Alcohol-Free Toner

Cosrx Centella Water Alcohol-Free Toner tərkibi:

Water, Centella Asiatica Leaf Water, Butylene Glycol , 1,2-Hexanediol, Betaine, Panthenol, Allantoin, Ethyl Hexanediol, Sodium Hyaluronate



Cosrx Centella Water Alcohol-Free Toner əsas tərkibi

  1. 84.69% Cecu (Koreyada ada) mineral suyu
  2. 10% Centella Asiatica yarpağı suyu


Gəlin bu maddələrin hər biri nə işə yarayır, hamısını baxaq!

Cosrx Centella Water Alcohol-Free Toner




Cosrx Centella Water Alcohol-Free Toner tərkib analizi

Mineral su


Mineral su dəridə detoks təsirə malikdir. Dərini xarici mühitdən qoruduğu üçün dəri təmiz, təravətli və cavan qalır. Ən əsası, mineral su, məsamələri təmizləyir, onları çirkdən və artıq yağdan (sebum) azad edir.

Centella asiatica ekstraktı


Dəri problemləri üçün qədim zamanlardan istifadə olunur. Dəri kəsikləri, yanıqlarının müalicıəsində və dəri problemlərinin aradan qaldırılmasında baxım vasitələrində geniş istifadə olunur. Dərini sakitləşdirir, rahatladır, qocalma-lehinə vasitədir, dərini rahatladır, iltihabı götürür, qızartıları ortadan qaldırır. Ətraflı olaraq Centella asiatica bitkisi haqqında bu məqalədən (Centella asiatica) oxuya bilərsiniz.

Butylene glycol


Hümektant (yəni suyu özünə çəkir) və həll edicidir və beləliklə dərini nəmləndirir, yumşaldır. Məhlulda həll edici və qoruyucu kimi də çıxış edir, məhlulun qurumasının qarşısını alır. Dəri üçün xeyirlidir.

 

1, 2-Hexanediol


Hümektant (yəni suyu özünə çəkir) və həll edicidir və beləliklə dərini nəmləndirir, yumşaldır. Məhlulda həll edici və bakteriyadan qoruyucu kimi də çıxış edir, məhlulun qurumasının qarşısını alır. Dəri üçün zərərli deyil.

Betaine


Hümektant (yəni suyu özünə çəkir) vэ əsasən dərinin nəmləndirilməsini tarazlaşdırmağa çalışır. Son araşdırmalara görə, qeyri-bərabər dəri tonunu bərabərləşdirməyə kömək edir.

Panthenol


Dəri üçün əladır və ikinci adı B5 vitaminidir. Dərini nəmləndirir və sakitləşdirir. Nəmi özünə çəkir və özündə saxlayır. Dəridəki qızarıqlığı götürür və həssas dəri üçün əladır. Araşdırmalar göstərir ki, 1% panthenol dəridəki nəmi sürətlə artırır və nəm itkisinin qarşısına keçir.

Allantoin


Dəri üçün əladır və həm dərini sakitləşdirir, həm də nəmləndirir.

Ethyl Hexanediol


Həll edicidi, ətirdir. Dəri üçün orta dərəcədə xeyirdir.



Sodium Hyaluronate


Dəri üçün əladır və Hyaluron turşusunun duz formasıdır. Dərini yeniləyir və 1 qramı 6 litr su saxlaya bilir. Dəriyə hyaluron turşudan daha yaxşı sorulur. Dərini nəmləndirir, qocalmadan qoruyur və sakitləşdirir.


Cosrx Centella Water Alcohol-Free Toner almağa dəyər?


Tərkibini analiz etdikdən sonra indi sıra mənim rəylərimdədir. Özünüz də gördüyünüz kimi, tərkibi sadəcə möhtəşəmdir və mən bu tonerdən çox razı qaldım. Dərim məsaməli, qarışıq və həssas dəridir və dərimdə buraxdığı rahatlıq və təravətləndirici hissi çox sevdim. Səhərlər qızaran dərimi sakitləşdirir və yuduqdan sonra nəmləndirir. Rutinimdə Cosrx Centella Water Alcohol-Free Toner sonrası tətbiq etdiyim məhsulların dərimə daha yaxşı sorulduğunu hiss etdim. Bitdikcə alacağım məhsullar sırasındadır. Tövsiyə edirəm!

 

Dəri tipimi necə bilim?

Ocak 24, 2024 0 Şərh



Ümumiyyətlə, baxım və kosmetika məhsulları almazdan öncə hər kəs düşünür: "Dəri tipimi necə bilim?". Dəri tipinin bilinməsi həm məhsulun daha effektiv olmasına kömək edir, həm də alacağınız məhsulun boşa getməsinin qarşısını alır. Bundan əlavə, "Dəri tipimi necə bilim?" sualı dərinizi bir növ qoruyur, çünki dəri tipinə uymayan məhsul dərini quruda, həddindən artıq nəmləndirə, yağlandıra, səpgilərin yaranmasına və s. kimi problemlərə səbəb ola bilər.


Dəri tipimi necə bilim sualı üçün 4 addım




Üz yuma


Dərinizi ph ~5.5 olan yüngül üz yuma məhsulu ilə yuyun.


Dəri tipimi necə bilim

Dərini qurulama


Yuduqdan sonra pat-pat hərəkətləri ilə salfetlə qurudun.

Dəri tipimi necə bilim

 


Gözləmə


Yarım saat gözləyin.

Dəri tipimi necə bilim

 


Dəri tipini öyrənmə

Dəri tipimi necə bilim

 
  1. Əgər dəriniz tamamilə parlaq görünürsə, dəriniz yağlıdı.
  2. Əgər dartınız, pul-pul qabıqlı görünürsə, qurudur.
  3. Yalnız T hissə yağlanıbsa, qarışıqdır.
  4. Dəriniz təravətlidirsə və heç bir yağlılıq yoxdursa, normaldır.



Ümid edirəm, dəri tipinizi öyrəndiniz və "Dəri tipimi necə bilim?" sualı artıq sizdə yaranmır:) Bu məqalə sizin üçün faydalı oldusa, paylaşmağı unutmayın:)

 
Ən çox alınan qadın ətirləri: "Ən çox alınan 3 qadın ətiri"
Dəri qulluğuna başlamayanlar üçün: "Dəri qulluğuna başlamaq üçün 5 səbəb"