5 Mart 2024 Salı

Miselyar su nədir?

Mart 05, 2024 0 Şərh

Miselyar su uzun illərdir xanımlar tərəfindən istifadə olunan təmizləyici vasitədir və böyük bir kütlə tərəfindən sevilir. İstifadəsi də çox rahatdır və pambığa tökülərək istifadə olunur. Miselyar su real su kimi hiss etdirir və hətta bəzi insanlar ancaq onunla dərisini təmizləyir və sonda su ilə belə üzlərinə vurmurlar. Bəs həqiqətən bu qədər mi? Real da miselyar su nədir?

Miselyar su nədir


Miselyar su nədir?

Gecə yatmazdan öncə üzdəki makyajı təmizləmək üçündür və o, misellərdən (kiçik molekullar) ibarətdir. Misellər birlikdə gruplaşır və makyaj, çirk və yağı özünə çəkərək təmizlik edirlər. Daha dərininə getsək, miselyar su distillə edilmiş su, gliserin kimi nəmləndirən ingredientlər və aşağı faizli sürfaktantlardan ibarətdir. Sürfaktantlar dəridəki yağ və çirki parçalamaq üçündür. Onların molekulları bir yerə yığılaraq misellər əmələ gətirirlər və çirk sevdiklərindən makyajın ətrafına yığılır, onu parçalayır və dəridən yox edirlər.


Miselyar su necə yarandı?


Miselyar su 1900-cu illərin əvvəli fransız qadınlar tərəfindən məşhurlaşdırıldı. Santexnika Fransada hər yerdə mümkün olmadığından (su çirkablı olduğu üçün), su qadınların dərisində sərt hiss etdirirdi. Bu cür su ilə dərini yumaq dərini qızarda, ekzema, dermatit, rosacea kimi problemləri gücləndirə, səpgiləri artıra bilirdi. Buna görə miselyar su suya alternativ kimi istifadə olunmağa başladı. Ondan sonra xüsusilə makyaj ustaları podyumda modelləri makyaj etmək və lazım olduqda tez makyajı təmizləyib, yeni növ makyaj istifadə etmək üçün miselyar su istifadəsinə başladılar.


Bir zaman mən də çox geniş miselyar su istifadə etmişəm. Qızlar, əgər misselyar suyu sevirsinizsə, çalışın miselyar su alanda keyfiyyətli olanı alın ki, dərinizə baxım edərək təmizləsin. Mən, düzü, miselyar su fanatı deyiləm və iki etablı təmizlik mənim üçün daha idealdı, amma kim miselyar su sevirsə, ən keyfiyyətlisini istifadə etməlidir deyə düşünürəm.
 
Miselyar su nədir sualına bu məqaləmdə cavab tapdıq. Ümid edirəm, faydalı oldu. Daha çox faydalı məlumat üçün məni sosial şəbəkələrdə izləyə bilərsiniz.

 


Toksik münasibətdə olmaq

Mart 05, 2024 0 Şərh
Toksik münasibətdə olmaq ilk öncə anlaşılmasa da, zaman keçdikcə sizi zəhərlədiyindən bilirsiniz ki, bu münasibət toksikdir. Toksik elə ingiliscə "toxic", yəni zəhərli, "toxic relationship" və ya "töksik ilişki/toksik münasibət" burdan gəlir. Davamlı qısqanclıq, dəstəyin az olması sağlam olmayan münasibətin göstəriciləridir. 

Toksik münasibətdə olmaq



Sağlam münasibət nədir?


Sağlam münasibətdə hər şey sanki yolundadır, hərdən mübahisələriniz olsa, ümumi problemlər müzakirə olunur və bir-birinizin birlikdəliyindən zövq alırsınız.


Toksik münasibətdə olmaq nədir?


Toksik münasibət tamam əksidir. Birlikdə davamlı tükənmiş və bədbəxt hiss edirsiniz. Münasibətdən zövq almırsınız və elə ən xırda şeydə mübahisə edirsiniz. Toksik münasibətdə olmaq bəzən heç hiss edilmir, bəzən də açıq-aydın ortada görünür.



Toksik münasibətdə olmaq hansı əlamətlərlə bilinir?



Hörmətsizliklər


Verilən sözləri unutmaq, diqqətsizliklər toksik münasibətin ayrılmaz hissəsidir. Ola bilər, kimsə, həqiqətən, unutqandır, bu zaman onunla planlama üçün vasitələrdən danışıb, unutqanlığını azalda bilərsiniz, lakin toksik münasibətdə bu söhbət belə baş tutmur.



Dəstəklənməmə


Sağlam münasibətdə bir-birinizin uğurlarına sevinir və bir-birinizi dəstəkləyirsiniz. Toksik münasibətdə olmaq isə odur ki, siz artıq bir-birinizi dəstəkləmirsiniz, bir-birinizlə yarışa girirsiniz. Birlikdə pozitiv, dəstəklənən və cəsarətləndirilən hiss etmirsiniz və ehtiyacınız olanda o, orda olumur. Hətta, sizə elə gəlir ki, sənin maraq və ehtiyacların artıq onun vecinə də deyil, ancaq özünü düşünür.



İdarəçilik


Heç soruşub sizdən ki, bütün gün hardasan? Çünki mesaj və zənglərinə gec cavab verirsiniz. Unutmayın ki, bu cür davranışlar nəinki sizə inanmadığını və qısqanclığını göstərir, həmçinin onun sizi idarə etmək istədiyini göstərir. Toksik münasibətdə olmaq məhz bu cür hiss etdirir.
 


Paxıllıq və ya qısqanclıq


Paxıllıq və qısqanclıq hər insanın təbiətində olsa da, Toksik münasibətdə olmaq demək, dozasının yüksək olduğunu deyir. Əgər partnyorunuz çox paxıldırsa, deməli uğurunuzu sevmir. Çox qısqancdırsa, bu o deməkdir ki, sizdən daima şübhələnir və sizə əslində güvənmir.


Küsülülük


Ürəyinizdə küsürsünüz, lakin ona demirsiniz. Zaman keçdikcə onlar böyüyür və kinə çevrilir. Onla danışmalısınız, əgər düşünürsünüz ki, danışsam da, düzələn deyil, deməli Toksik münasibətdə olmaq necə olur, onu yaşayırsınız.



Zəhərli ünsiyyət


Artıq əvvəlki kimi bir-birinizlə mehriban, mülayim və xoşbəxt danışmırsınız. Əvəzinə, tənqid və sarkazm, qınama dolu söhbətlər sizdən əl çəkmir.



İtirilmiş münasibətlər


Artıq nəinki ailəniz, heç dost-rəfiqələrinizlə əlaqəniz zəifləyib. İcazə vermir sizə ki, harasa tək gedəsiniz. Ancaq onla olmalısınız. Bütün boş vaxtlarınız ondan ibarətdir.


 
Özünə qayğının yox olması


Toksik münasibətdə olmaq o deməkdir ki, artıq siz özünüzə qayğı göstərməyi azaltmısınız/buraxmısınız. Sevdiyiniz hobbiləri etmirsiniz, sağlamlığınızın qeydinə qalmırsınız və boş vaxtınızı qurban verirsiniz. Səbəbi də aydındır, çünki sizin sevdiyiniz aktivlikləri etmək üçün enerjiniz yoxdur, çünki siz sevdiyiniz şeyləri etdiyinizdə, partyorunuzun bunu bəyənmir.


Dəyişiklik üçün ümid


Ümid edirsiniz ki, o nə vaxtsa düzələcək. Buna görə, münasibəti davam etdirirsiniz. Hətta, düşünürsünüz, mən özümü dəyişsəm, o da dəyişər.


Toksik münasibətdə olmaq daimi əsəb-stres mənbəyidir. Ona görə, qərarınızı verin: Ya onla bütün problemləri danışıb həll edin və münasibətə sağlam davam edin. Əks təqdirdə, yollarınızı ayırmaq sizin üçün ən xeyirlisi olacaq. Növbəti məqalə bu barədə olacaq. Toksik münasibətdə olmaq özü də sizə bir dərsdir, növbəti münasibətiniz belə olsa, yolun əvvəlində bunu biləcəksiniz. Heç nəyə görə pis olmayın. Bu cür faydalı məqalələr üçün məni sosial şəbəkələrdə izləyə bilərsiniz.


28 Şubat 2024 Çarşamba

Geyinməyə heç nəyim yoxdu deyirsənsə...

Şubat 28, 2024 0 Şərh


Əgər dünya qədər paltar alırsansa və hələ də geyinməyə heç nəyim yoxdu deyirsənsə, bu məqalə sənin üçündü. Bəs, heç düşünmüsünüz, niyə hər dəfə geyinməyə heç nəyim yoxdu deyə düşünürsünüz? Hər ay paltarlara nə qədər pul tökürsünüz, lakin geyinməyə heç nəyim yoxdu düşüncəsi bizdən əl çəkmir. Bu maqələdə bu problemlə niyə qarşılaşırıq haqqında yazacağam.
Geyinməyə heç nəyim yoxdu deyirsənsə


Niyə geyinməyə heç nəyim yoxdu?


1. Ancaq sürətlə dəyişən dəb ilə geyinirsən. Hazırda nə dəbdədi, ancaq onu alıb geyinirsən. Məsələn, ancaq crop toplar dəbdədir, onu alırsan, ancaq geniş kəsimli pencəklər dəbdədir, onları seçirsən və s. Bütün bunlar geyinməyə heç nəyim yoxdu probleminə gətirib çıxarır.
Tövsiyyə: Hansısa paltarı bəyənəndə, düşünün bunu 6 ay sonra da geyinə biləcəyəmmi? Bu düşünmədən etdiyiniz alış-verişi yavaşladacaq. Əgər paltar sifariş edirsinizsə, paltarları 2 gün səbətdə saxlayın, əgər onları hələ də 2 gün sonra istəyirsinizsə, o zaman alın.

2. Klassik geyimlərdən sadə, bəyəndiyiniz paltarlara investisiya edin. Klassik geyimlər zamansız paltarlardır, onları bu gün də geyinə bilərsiniz, 5 il sonra da. İstənilən vəziyyətdə (xüsusi gün və ya adi gün üçün) klassik geyimlər sizi qurtara bilər. Hətta dəbli geyimlərinizi klassik geyimlərinizlə də birləşdirə bilərsiniz ki, geyinməyə heç nəyim yoxdu tamam itəcək.

via GIPHY


3. Keyfiyyətsiz məhsullar almaq başqa bir səbəbdir ki, geyinməyə heç nəyim yoxdu deyirsiniz. Tez gedib ucuz görünən, 2 dəfə yuyulanda dağılacaq məhsul almaq yerinə pul yığın və daha keyfiyyətli məhsullar alın ki, ömürləri uzun olsun.

4. Bəzi insanlar var ki, düşünür paltarı çox geyinəndə gözündən düşür. Ona görə dayanmadan çox paltar alır və yenə geyinməyə heç nəyim yoxdu deyir. Bu cür düşünən xanım və bəylərə tövsiyyəm odur ki, paltarlarınızı bir müddət geyinin, daha sonra bir kənara yığışdırın, digər paltarları geyinin, daha sonra geyindiklərinizi yığışdırın, qırağa qoyduqlarınızı geyinin və bu cür davamlılıqla həm maddi, həm mənəvi daha rahat olacaqsınız.

5. Sadə paltarlarınız yoxdur. Üstü ancaq şəkilli, qaşlı və s. paltarlarınız var ki, harasa gedəndə onları necə geyinəcəyinizi bilmirsiniz. Məsələn, sadə bir ağ köynəyiniz olsa, o sizi istənilən vəziyyətdə qurtara bilər. Çox sevdiyiniz sadə bir cins şalvarı istənilən tərzdə (həm çox dəbdəbəli köynəklə xüsusi yerə, adi bir köynəklə günlük kombində) istifadə edə bilərsiniz.

6. Geyinmədiyiniz paltarları saxlayırsınız. Bəlkə də sizdə xatirəsi var və ya başqa bir səbəb, lakin onlardan qurtulmalısınız, həm artıq yer və enerji tuturlar, həm də təcili vaxtlarda o qədər paltar içində seçim etmək də çətin olur.

7. Gələcək üçün paltarlar almaq. Arıqlayanda geyinəcəyəm, kökələndə geyinəyəcəm və beləliklə o qədər pul xərcləyirsiniz ki, hazırda geyinməyə paltar almaq üçün pul qalmır. Unutmayın, paltarlar geyinilmək üçündü, saxlanmaq üçün deyil.

Geyinməyə heç nəyim yoxdu problemi ümid edirəm, bu məqalə ilə son tapacaq. Mən xüsusilə sadə paltarlara investisiya etməklə, nəhayət, bu düşüncələrdən qurtuldum. Nəhayətində, "az çoxdur" və "sadəlik özündə gözəllik və eleqantlıq daşıyır". 

21 Şubat 2024 Çarşamba

Makyajsız gözəl görünmək

Şubat 21, 2024 0 Şərh

Əgər hər gün makyaj etmək istəmirsənsə və bununla belə baxımlı və qəşəng görünmək istəyirsənsə, bu məqaləmi sənin üçündü: Makyajsız gözəl görünmək. Makyajsız gözəl görünmək çətindirmi? Əsla! Sizə deyəcəyim bir neçə fikirlə buna çata bilərsiniz:)

Makyajsız gözəl görünmək



Makyajsız gözəl görünmək


Bunun əsasında sadəcə özünə qayğı göstərməlisən. Necə? Aşağıda yazmışam.

Saçlar

Saçlarını çalış ən azından iki aydan bir uclarını kəsdir. İnsanı ələ verən ilkin görünüş saç qıranlarla dolu, süpürgə kimi görünən saç ucluqlarıdı. Sadə olaraq uclardan götürülmə (uzunluğuna toxunmadan) saçlarını canlı göstərəcək.

Yuxu

Çalış ki, hər gün 6-7 saat yatasan. Qaralmış, yuxulu və şişkin gözlər insanı təbii olaraq yorğun və baxımsız göstərir.

Dodaqlar

Çalış hər yatmazdan öncə və hər səhər işə getməzdən öncə (və ya evdə olursansa, yeməkdən sonra) dodaq balzamı vur. Çatlamış, qanamış dodaqlar insanı baxımsız göstərir. Parlaq, yumşaq dodaqlar isə əksini.

Dəri

Makyajsız gözəl görünmək üçün ilk addım, təmiz və canlı dəridi. Əslində, dəri bir çox bədəndəki problemləri də üzə vurur. Makyajsız gözəl görünmək üçün ilk növbədə hər səhər və hər axşam üzünü yu. Gün ərzində minimum 6 stəkan su iç. Arada suyunu limon da atmağı unutma.

Qaşlar

Qaşlarını tez-tez dara. Bəli, bəli. Onları nə qədər darasan, bir o qədər baxımlı və sağlam görünəcəklər.

via GIPHY

Kirpiklər

Kirpiklərinə səhər və axşam kirpik serumu vura bilərsən, parlaq, qalın və uzun olacaqlar. Makyajsız gözəl görünmək kiçik detallardadır.

Əllər

Hər yatmazdan öncə və işə getməzdən öncə (və ya evdəsənsə, işlərin birdikdən sonra) əl kremi vur ki, əllərin yumşaq olsun, çatlaq və sərt dərini özün belə sevməzsən. 

Dırnaqlar

Ya hər ay peşəkar manikürə gedə bilərsən və ya hər 1-2 həftədən bir, özün dırnaqlarını səliqəyə sal.
 
Makyajsız gözəl görünmək bu qədər sadədir və aşağı büdcə ilə bunu hər kəs edə bilər. Məqaləmi faydalı bilsən, dostlarınla da bölüş:)

20 Şubat 2024 Salı

Şəxsi büdcə nədir?

Şubat 20, 2024 0 Şərh

Heç olubmu ki, maaşınızı alasınız, amma pulun gəlməyi ilə getməyi bir olsun? :D Bu mütləq hər birimizin başına gəlib. Təəssüf ki, artıq işlər pisləşdiqdə oturub fikirləşirik kimə, nəyə və hara nə qədər pul xərcləmişik. Şəxsi büdcə anlayışı tam da bu nöqtədə ortama giriş edir. Şəxsi büdcə bizə yol göstərir və növbəti qərarlarımızı planlamada müəllim rolunda çıxış edir.

Şəxsi büdcə




Şəxsi büdcə nədir?

Şəxsi büdcə, hər bir kəsin bilməli olduğu və hətta uşaqlıqdan öyrədilməli olduğu təməl pul idarə etmək yoludur. Şəxsin maddi savadını təmsil edir və effektiv pul idarəsi və maddi planlama üçün istifadə olunur. Sadə sözlə desək, şəxsi büdcə sizə gələn və sizdən gedən pul axışını təmsil edir. İnsan şəxsi büdcə ilə ona gələn və ondan çıxan pulu izləyə bilir və beləliklə, öz maddi hədəflərinə çata bilir, çünki şəxsi büdcə yeri gələndə ona pul yığmağa, pul xərcləmə zamanı yer dəyişməyə imkan yaradır.


Şəxsi büdcə qurmağın digər bir faydalı cəhəti də odur ki, siz sizə gələn və gedən pulları izləyərək nəyə daha çox pul xərclədiyinizi, ehtiyaclarınızamı ya istəklərinizəmi pul israf etdiyinizi bilə bilirsiniz. Beləliklə, onları azalda, pul xərclərinizi doğru yönəltməklə pulunuzun idarəsini öz üzərinizə götürürsünüz.


Beləliklə, şəxsi büdcə nədir öyrəndik. Tövsiyyəm odur ki, bir dəftər götürüb hər zaman pullarınızın idarəsini öz üzərinizə götürün. Beləliklə, bu daha rahat bir həyata sizi götürəcək, şəxsi büdcə ilə pul sizi yox, siz pulu idarə edəcəksiniz. Faydalı oldusa, sosial şəbəkələrdə də (Aytacla Parla) məni izləyə bilərsiniz.


9 Şubat 2024 Cuma

Səpgilərimin 90 faizi buna görə imiş (ilk qara nöqtələrim getdi!)

Şubat 09, 2024 0 Şərh

Səpgilər bir çox insanın həyatında çox bezdirici də olsa, yer tutur. Bir çox insan elə bilir səpgilər yalnız yeniyetmə dövrü olur, lakin şəxsən mənim 20-li yaşlarımda belə səpgilərim var idi. Üzümə spf və makyaj edəndə həmişə üzüm səpirdi və elə bilirdim mənim dərimə məhsul düşmür, səpgilərimin 90 faizi 2 etablı təmizlik etməməyimə görə imiş! Əslində, 2 etablı təmizlik heç o vaxt məşhur da deyildi və öyrədib yönləndirən də olmamışdı. Elə ətrafımdakı insanlar, misselyar suyu 2 etablı təmizlik yerinə istifadə edirdilər.
2 etablı təmizlik


 

Bəs 2 etablı təmizlik nədir?

Əsasında, bu cür təmizlikdə dəri 2 fərqli məhsulla 2 dəfə yuyulur. Bu 2 məhsuldan birincisi yağ əsaslı, ikincisi isə su əsaslı olur. Yağ əsaslı təmizliklə dəri, ilk öncə, yağ ilə masaj olunur, daha sonra su əsaslı təmizləyici ilə səri yuyulurş
 

Niyə 2 etablı təmizlik edək?

Bir çox insan düşünür ki, bir dəfə üzümü misselyar su ilə yuyub günümə davam edərəm, nəyimə 2 dəfə yumaq lazımdır?! Əsas məsələ odur ki, sizin dəriniz keramik qab kimi səthi olan bir cisim deyil ki, bir dəfə onu siləsiniz təmizlənə! Siz dərinizə spf və ya makyaj etdikdə onlar dərinin ən dərin qatlarına hopur və siz misselyar suyu pambığa töküb üzünüzü siləndə, pambıq yalnız dərinin üst qatını təmizləyir. Beləliklə, dərin qatlarda çirk qaldığı üçün səpgi, qara nöqtələr, dəri altı səpgilər meydana gəlir. 
2 etablı təmizlik
Mənbə: www.stanfordchildrens.org
 

2 etablı təmizlik digər təmizlikdən nəyinə görə fərqlənir?

Digər növ təmizlik növlərində, dəri sadəcə bir dəfə silinir. Hətta, misselyar su ilə üzünü silib, yumayan belə var. 2 etablı təmizlik isə, birinci, makyaj və günəş kreminin tamam yağ ilə parçalanması, ağ nöqtələrin dəridən sökülməsi, məsamələrin dərindən təmizlənməsi üçün vacibdir. Su əsaslı üz yuma vasitələri isə, dəridə qala biləcək təmizləmə yağını, təri və qalan çirki dəridən götürür.
 

Nə vaxt 2 etablı təmizlik edək?

Əgər üzünüzdə günəş kremi və makyaj varsa, mütləq edilməlidir. Əgər üzünüzdə adi baxım vasitələrindən (məsələn, maska, serum, nəmləndirici və s.) başqa heç nə yoxdursa, gərək yoxdur. Adi su əsaslı təmizləyici işi görəcək.
 

2 etablı təmizlik nəyə faydalıdır?

Dərini dərindən təmizləyir
  1. Ağ nöqtələri götürür
  2. Sızanaq əmələ gəlməsinə icazə vermir
  3. Dərini dərindən təmizlədiyi üçün məsamələr təmiz olur və buna görə, növbəti dəri qulluq vasitələri dəriyə daha yaxşı hopur
  4. Qara nöqtələri məhv edir
  5. Dərinin daha hamar olmasına kömək edir
  6. Dəri kələ-kötürlüyünü aradan qaldırır
 
Ümid edirəm, 2 etablı təmizlik haqqında məqaləmdən zövq aldınız. Həyatımda verdiyim ən doğru qərarlardan biri, 2 etablı təmizlik mövzusunda özümə sadiqliyimdir. Bu mövzuya boş baxmayın və dəyişimə bu gündən başlayın. Faydalı oldusa, rəfiqələrinizlə paylaşın:)


 

Dəriyə qulluqda edilən 6 səhv

Şubat 09, 2024 0 Şərh
Dəriyə qulluq etsəniz də, etməsəniz də, əminəm ki, bu səhvlərdən birini edirsiniz, çünki mən də hamısını etmişəm :) O vaxt dərim çox bərbad vəziyyətdə idi və səbəblərini öyrənib düzəlişlər etdikdən sonra indi ətrafımdakılar dərilərinin mənimki kimi olmağını arzulayır. Sizinlə bu məqaləmdə dəriyə qulluqda edilən 6 səhv haqqında danışacağam. Beləliklə, siz də bu səhvlərdən qurtulub dərinizi daha da gözəlləşdirə bilərsiniz.

Dəriyə qulluqda edilən 6 səhv




Dəriyə qulluqda edilən 6 səhv
 
 

Günəş kremi vurmamaq


Bütün elmi araşdırmalar sübut edib ki, sağlam, ləkəsiz və qırışsız dəriyə sahib olmaq üçün ilk növbədə dərimizi günəşin zərərli şüalarından qorumalıyıq. Odur ki, hər gün yay, qış demədən günəş kreminizi hər gün vurun.


Sızanaqları sıxmaq


Sızanaqlarınızı sıxmaq nəinki onların artmağına, eyni zamanda dırnaq izlərinizin dərinizə düşməsinə, o sızanaqların dərinizdə qalmasına və çapıqlara səbəb ola bilər.
 


Həddindən çox pilinq etmək


Pilinq ölü hüceyrələrdən dərini azad etsə də, çox istifadə dərinizin qızarmasına, sızanaqların artmasına dəri həssaslığına və dəri mane qatının zəifləməsinə səbəb ola bilər. 


Dəri tipini nəzərə almamaq


Dəri tipinizi önəmsəmədən dəriyə qulluqda edilən 10 səhv içərisində önəmli yer tutur. Gözəl və sağlam dəri üçün birinci dərinizi tanımalısınız ki, bunun üçün blogumda "Dəri tipimi necə bilim?" adlı postum var, onu oxuya bilərsiniz.


Makyajla yatmaq


Gün sonunda makyajı təmizləmək nə qədər ağır hiss etdirsə də, qızlar makyajınızı təmizləyin. Təmizlənməmiş dəri, erkən qocalmaya və səpgilərə meyilli olur.
 

Vaxtı keçmiş məhsullar


İçində nə qədər qalsa da, onları atın, çünki artıq onlar effektini etiribdi. Məhsulun hansı vaxta qədər effekti olduğunu onu istehsal edən qutusuna yazıb, ondan artıq istifadə sizə kömək etməyəcək və hətta çürüməkdə olan tərkib sizin dərinizə zərər verə bilər.
Sizinlə dəriyə qulluqda edilən 6 səhv haqqında danışdım. Bu səhvlər ən çox edilənlər içərisindədir və insanlar bilsə də, onları təkrarlayır. Gəlin dərimizin qeydinə qalaq. Bəyəndinizsə, bu məqaləni dostlarınızla paylaşa bilərsiniz :)